Həmin ölkədə həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Politico” qəzetinə açıqlamasında bildirib ki, o, çoxlu sayda xəstəlikdən əziyyət çəkir və beynəlxalq ictimaiyyətdən ona kömək istəyir.
Saakaşvili "Həbsdə səhhətim kəskin şəkildə pisləşib, indi ölürəm. Mən sistematik olaraq fiziki və psixoloji işgəncələrə məruz qalıram, hazırda bədənimdə ağır metal zəhərlənməsinin əlamətləri var".
O qeyd edib ki, Gürcüstanda saxlandıqdan sonra onda 20-dən çox ağır xəstəlik yaranıb. Saakaşvili Vaşinqton, London, Brüssel və bütün beynəlxalq ictimaiyyəti ona kömək etməyə çağırıb.
“Mən ABŞ-ı və beynəlxalq ictimaiyyəti Gürcüstan hakimiyyətinə diplomatik təzyiq göstərməklə mənim həyatımı xilas etmək üçün mümkün olan hər şeyi etməyə çağırmaqda davam edirəm”, o, bəyanatında bildirib.
Siyasətçi açıqlamasının mətnini vəkillər vasitəsilə nəşrə ötürüb.
Saakaşvili 2021-ci il sentyabrın 29-da gizli şəkildə Gürcüstana gəlib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyası keçirib. Noyabrın 8-də yaxınlarının və vəkillərinin razılığı olmadan o, Rustavi şəhərindəki həbsxanadan Tbilisidəki həbsxana xəstəxanasına (Qldani rayonu) köçürülüb. Noyabrın 20-də Saakaşvili aclıq aksiyasını dayandırdığı Qori şəhərindəki hərbi hospitala köçürülüb. Ötən il mayın 12-də Saakaşvili hazırda qaldığı Tbilisidəki “Vivamed” mülki klinikasına yerləşdirilib.
Gürcüstanda Saakaşvilinin bir neçə cinayət işində əli var. Saakaşvili həbsini qanunsuz hesab edir və ona qarşı irəli sürülən ittihamlar saxtalaşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?