ABŞ prezidenti Co Bayden, xüsusən də Rusiyanın Birləşmiş Ştatların seçki proseslərinə müdaxiləsini əsas gətirərək, eləcə də Ukraynada hərbi əməliyyatlar başlayandan sonra tətbiq etdiyi bir sıra sanksiyaların müddətini daha bir il uzadıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə cümə günü Ağ Evin yaydığı sənədlərdə deyilir.
Rusiya Federasiyasının ABŞ-yə qarşı “zərərli fəaliyyətlə” məşğul olduğu bildirilir.
Moskva “ABŞ-nin, onun müttəfiqlərinin və tərəfdaşlarının ərazisində azad və ədalətli demokratik seçkilərin keçirilməsinə mane olmaq və demokratik təsisatları sarsıtmaq” cəhdləri, habelə “ABŞ-yə qarşı yönəlmiş zərərli kibernetik fəaliyyətlərdə iştirakda günahlandırılır.
Bununla yanaşı, Vaşinqton administrasiyası Rusiyanın “dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini pozduğunu” bəyan edib.
Sorğu
Yeni dizaynımız necədir?