Gundemxeber.az » Dünya » The Washington Post məxfi sənədləri sızdıranı tapdığını yazır – Adı da bəllidir
Pentaqondan son illərin ən böyük məxfi sənəd sızmasının arxasında ABŞ hərbi bazalarından birinin əməkdaşı durur.
The Washington Post yazır ki, 20 yaşlarında olan həmin şəxs sənədləri “tanışlarını hadisələrdən agah etmək” məqsədilə Discord adlı qapalı çatda dərc edib.
Qəzet bildirir ki, bu qapalı messencer çatının üzvləri ilə əlaqə yarada bilib.
Bu da qeyd olunur ki, bu qrupda silah, hərbi avadanlıq və Xristianlığa maraq göstərənlər birləşib.
Qapalı çata giriş yalnız dəvətlə idi.
Jurnalistlər çatda dərc olunmuş materiallarda az qala 300-dək məxfi sənədlə tanış ola biliblər.
Qrupun iki üzvü qəzetə bildirib ki, onlar sənədləri dərc etmiş şəxsin əsl adını bilirlər, amma Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırmasının davam etdiyi müddətdə onun kimliyini açıqlamayacaqlar.
Sözü gedən şəxsi tanıyanlar deyirlər ki, o 20-25 yaşlarındadır, yaxşı təlim görüb və xarizmatikdir.
Sızmanın mənbəyi olduğu ehtimal edilən bu şəxsin özü isə qapalı çatda yazırdı ki, öz iş vaxtının bir hissəsini xüsusi otaqda məxfi sənədlərlə tanışlığa həsr edir. Onun sözlərinə görə bu otağa hər hansı elektron qurğuların gətirilməsi qadağandır.
Qəzet yazır ki, o məxfi sənədlərin məzmununu çat üzvlərinə danışırmış, lakin onlar buna heç bir maraq göstərməyəndə, sənədlərin fotolarını paylaşmağa başlayıb.
Bu sənədlərin bəzilərində Ukraynada gedən döyüşlərin təfsilatlı sxemləri və Rusiyanın Ukraynanın enerji obyektlərinə raket zərbələrinin nəticələrini göstərən peyk fotoları vardı. Başqa sənədlərdə Şimali Koreyanın ABŞ-a nüvə zərbəsinin mümkün trayektoriyaları verilirdi.
Bu sənədlərə habelə fevralda ABŞ səmasında uçan Çin casus aerostatının fotoları daxil idi. Bu fotoların U-2 kəşfiyyat təyyarəsindən çəkildiyi güman edilir.
Qəzet yazır ki, ehtimal edilən mənbə ötən ilin sonlarından hər həftə bir neçə sənədin fotolarını paylaşırdı.
Bu sənədlərdən ən azı birinin surətinin ABŞ kəşfiyyat xidmətlərinin qapalı birgə fəaliyyət hesabatlarının dərc olunduğu məxfi topludan – Intellipedia-dan çıxarıldığı məlumdur.
The Washington Post qeyd edir ki, geymerlərin (kompüter oyunları həvəskarları) ‘Thug Shaker Central’ adlı bu qrupu irqçi təmayüllüdür və şübhəli şəxsin özü videolardan birində atış zalında irqçi və antisemit şüarlar çığırır.
Qəzet yazır ki, qrup üzvlərinin arasında xarici vətəndaşlar, o cümlədən, Rusiyadan, Ukraynadan, Asiya və Latın Amerikası ölkələrindən olanlar var.
Qrup üzvləri sızmaları həyata keçirən şəxsi xarici kəşfiyyatların agenti hesab etmirlər. Lakin onlar qeyd edirlər ki, bu şəxs söhbət zamanı ABŞ hökumətini, hüquq-mühafizə və kəşfiyyat orqanlarını “vətəndaşları əzmək” və onları “məlumatsız saxlamaq” cəhdlərində ittiham edirdi.
The Washington Post yazır ki, məxfi sənədlərin açıqlandığı qapalı Discord platforması 2020-ci ildə, koronavirus pandemiyası zamanı yaradılıb.
Bu qrupda yeniyetmələr də daxil 20-dək üzv olub.
Onların hamısı silahlarla maraqlanır, Ukraynadakı vəziyyəti müzakirə edirdilər.
Ötən bazar ertəsi Pentaqonun nümayəndəsi sənədlərin sızmasını “milli təhlükəsizliyə ciddi hədə” adlandırmışdı.
ABŞ Müdafiə Nazirliyində sızmanın nəticələrini araşdıran xüsusi qrupun yaradıldığı xəbər verilir.
Nazirlik habelə məxfi sənədlərlə iş qaydalarının sərtləşdirilməsini planlaşdırır.
GUNDEMXEBER.AZ
9-11-2017, 16:09
31-07-2018, 23:08
24-10-2013, 14:59
20-07-2019, 09:40
29-10-2017, 11:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?