Gundemxeber.az » Dünya » Çin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən mis alır
Çinin “Quzhou Nova” şirkəti Donetsk vilayətinin Rusiya tərəfindən ilhaq edilmiş hissəsindəki zavodda istehsal olunan mis ərintilərini alır...
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Çinin “Quzhou Nova” şirkəti 8 oktyabr 2022-ci il və 24 mart 2023-cü il tarixləri arasında Debaltsevo Metallurgiya Maşınqayırma Zavodundan ən azı 7,4 milyon ABŞ dolları dəyərində 3,220 ton mis xəlitəli külçə alıb. Qeyd edilir ki, şirkət Qərbin sanksiyaları altındadır.
“Quzhou Nova” şirkətindən Reuters-ə bildirilib ki, Donetsklə mis ərintisi ticarəti ilə bağlı heç bir idxal və ya ixrac əməliyyatı yoxdur. Reuters şirkətin nümayəndəsinə gömrük sənədlərini göstərəndə şirkət nümayəndəsi “sənəd möhür və imzalanmadığı üçün onu başa düşməkdə çətinlik çəkdiyini” bildirib və gömrüklə əlaqə saxlamağı təklif edib.
Çin Gömrükləri idxal haqqında ətraflı məlumat vermir. Hökumətin gömrük statistikasına görə, oktyabr və fevral ayları arasında Çin Rusiyadan ümumilikdə 852 milyon dollar dəyərində mis və mis ərintiləri idxal edib.
Reuters Agentliyinin Debaltsevo zavodundakı mənbəsi anonimlik şərti ilə zavodun ərazisində əlvan metallurgiya sexinin olduğunu təsdiqləyib. Agentliyin həmsöhbəti Çinə mis ərintilərinin tədarükü ilə bağlı şərh verməkdən imtina edərək, məlumatın “kommersiya sirri” olduğunu bildirib.
“Reuters” qeyd edir ki, ABŞ bundan əvvəl dünya şirkətlərini Rusiyaya qarşı ixrac məhdudiyyətlərini pozduqlarına görə sanksiyalarla hədələyib və Pekini bu cür ticarətə qarşı xüsusi xəbərdarlıq edib.
Qeydedək ki, Çin Rusiyanın Ukrayna ərazilərinin ilhaqını rəsmən tanımır. Aprelin əvvəlində Çinin Avropa İttifaqındakı səfiri bunu təsdiqləyərək Pekinin Krımı və Donbası Rusiya ərazisi kimi tanımadığını ayrıca qeyd edib.
GUNDEMXEBER.AZ
7-03-2020, 10:31
26-12-2022, 16:44
23-03-2018, 20:30
18-10-2015, 20:21
11-02-2016, 21:35
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?