Gundemxeber.az » Dünya » Rusiyanın son hücumları ölümlərə səbəb olub, kilsələri, xəstəxanaları dağıdıb
Ukraynanın şərqindəki Donetsk vilayətində döyüşlər səngimək bilmir. Rusiya qüvvələri Ukraynanın iki cənub bölgəsindəki şəhərlərə zərbələr endirərək, mülki əhalinin ölümünə və infrastrukturun zədələnməsinə səbəb olur. Avropa İttifaqı daxilində Ukraynanın taxıl ixracı ilə bağlı mübahisə artmaqda davam edir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 17-də açıqladığı gündəlik hesabatında Rusiya qüvvələrnin "S-300" zenit-raket komplekslərindən 25 raket zərbəsi endirdiyini bildirib. Zaporijya vilayətinin Zaporijye və Komışuvax şəhərlərinə və Nikolayiv vilayətinin Snihurivka şəhərinə 42 hava zərbəsi endirilib.
"Mülki əhali arasında ölən və yaralananlar var. Çoxmərtəbəli və fərdi yaşayış binaları zədələnib, təhsil müəssisələri, xəstəxanalar, kilsələr və digər mülki infrastruktur obyektləri dağıdılıb və ya zədələnib" - deyə, ordu ölənlərin sayını açıqlamadan bildirib.
Zaporijye administrasiyasının rəhbəri Yuri Malaşkonun Telegram kanalında bildirdiyinə görə, Rusiyanın atəşi nəticəsində şəhərdə azı bir mülki şəxs yaralanıb.
Ukrayna müdafiəçiləri aprelin 16-da gün ərzində Ukraynanın şərqində Rusiya qüvvələrinin 60-dan çox hücumunu dəf edib. Əhəmiyyətli itkilərinə baxmayaraq, Rusiya qüvvələri Donetskin Liman, Baxmut, Avdiyivka və Maryinka şəhər və qəsəbələrində cəmləşməkdə davam edib.
Hərbçilər aylardır ağır döyüşlərin getdiyi Baxmut və Avdiyivkanın Ukraynanın sənaye şərqi uğrunda döyüşlərin episentri olaraq qaldığını deyir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, muzdlulardan ibarət "Vaqner" qruplaşmasının döyüşçüləri Baxmutda daha iki bölgəsini ələ keçirib. İddianı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Ukrayna daha çox ərazini geri almaq üçün tezliklə əks-hücuma başlayacağını bildirib.
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşlərdə 7 britaniyalı muzdlunun öldürüldüyünü iddia edib. Nazirlik döyüşlərin getdiyi yerlərlə bağlı ətraflı məlumat verməyib. Nə Britaniya Müdafiə Nazirliyinin rəsmiləri, nə də Britaniya hökuməti Rusiyanın bəyanatını şərh edib.
Gundemxeber.az
22-12-2022, 21:09
21-01-2020, 21:04
30-03-2023, 21:12
16-03-2023, 16:19
24-05-2019, 09:35
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?