Gundemxeber.az » Dünya » Vladimir Putin Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətinə səfər edib - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ilhaq etdiyi Ukraynanın Luqansk vilayətində “Vostok” Milli Qvardiyasının qərargahında olub.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bildirilib ki, V.Putin bu bölgədə Rusiya hərbi komandanlığının məruzəsini dinləyib.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib, “Dnepr” qoşun qruplaşmasının qərargahında olub.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, məlumatı aprelin 18-də Rusiya Prezidentin Mətbuat xidməti yayıb.
V.Putin hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskiyin və başqa hərbi rəislərin məruzələrini dinləyib.
Bu, V.Putinin Ukraynanın Xerson vilayətində keçirdiyi ilk müşavirədir.
O, martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində olub.
GUNDEMXEBER.AZ
19-02-2017, 19:58
19-07-2019, 11:10
26-09-2017, 19:40
17-10-2018, 18:10
13-09-2018, 11:47
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?