İran prezidenti İbrahim Rəisi ölkənin Silahlı Qüvvələr Günü münasibəti ilə müraciətində Tehrana qarşı hər hansı addım atılacağı təqdirdə İsraili "sərt cavab”la hədələyib.
"Düşmənlər, xüsusilə də sionist rejim, ölkəyə (İran) qarşı hər hansı bir hərəkətin silahlı qüvvələrimizin sərt cavabına səbəb olacağı, Hayfa və Təl-Əvivin dağıdılması ilə müşayiət olunacağı barədə xəbərdarlıq alıblar”, - Rəisi deyib
Bundan əlavə, İran prezidenti ABŞ-dan Yaxın Şərq regionundan çıxmasını tələb edib və deyib ki, İran ordusu "sülh və təhlükəsizlikdə maraqlı olan” regional dövlətlərə "əlini uzadıb”. Eyni zamanda o, konkret ölkələrin adını çəkməsə də, "Times of Israel” qəzetinin yazdığına görə, Rəisinin fikrində Səudiyyə Ərəbistanı da tutub. Mart ayında Tehran və Ər-Riyad 2016-cı ildə kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, qeyd olunduğu kimi, Rəisinin bəyanatları aprelin 18-də, İsrailin Holokost qurbanlarının anım gününü qeyd etdiyi zaman, eləcə də İsrailin baş naziri Benyamin Netanyahunun çıxışından sonra səhər saatlarında verilib. O, Qüdsdə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə İslam Respublikasını "Nasist Almaniyasının müasir ekvivalenti" adlandırıb və deyib ki, İran "yəhudi xalqı üçün ekzistensial təhlükə" yaradır.
Sorğu
Yeni dizaynımız necədir?