Gundemxeber.az » Dünya » Gürcüstanın Baş naziri ABŞ Dövlət Departamentinin nümayəndəsini Cənubi Qafqaz üzrə sülh planı ilə tanış edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonu Cənubi Qafqazda “Dinc Qonşuluq Təşəbbüsü” ilə tanış edib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ilə görüşüb. Hökumət administrasiyasında baş tutan görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq müzakirə olunub. Müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. İrakli Qaribaşvili və Erika Olson regionda və dünyada təhlükəsizlik məsələsini də müzakirə ediblər. Bu mənada Baş nazirin elan etdiyi Cənubi Qafqazda “Dinc Qonşuluq Təşəbbüsü”nün əhəmiyyəti vurğulanıb”, - məlumatda bildirilir.
GUNDEMXEBER.AZ
9-08-2021, 16:43
1-05-2021, 10:50
16-06-2015, 09:13
31-05-2018, 12:44
26-01-2015, 20:30
Sorğu
Yeni dizaynımız necədir?