23 aprel 2023-cü il tarixində Azərbaycanın Laçın- Xankəndi yolunun başlanğıcında Azərbaycan- Ermənistan sərhədində nəzarət buraxılış məntəqəsinin təsis etməsi bəzi dövlətlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Amerika Birləşmiş Ştatları və Fransanın Azərbaycandakı səfirlikləri rəsmi Bakının bu addımını qınayan bəyanat veriblər.
Gundemxeber.az xəbər verir ki, mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin eksperti Mətin Məmmədli “Mediapost”a açıqlama verib:
“Azərbaycanın Laçında yeni Azərbaycan- Ermənistan sərhədində nəzarət buraxılış məntəqəsi qurması tam haqqıdır, hüququdur. O cümlədən də Ermənistanla imzaladığımız üçtərəfli bəyanata da 2020-ci il 10 noyabr bəyanatından söhbət gedir. Ona da zidd deyil. Hər bir dövlət, o cümlədən də Birləşmiş Ştatlar və Fransada ölkəmizin belə bir davranışına Laçında sərhəddə nəzarət buraxılış məntəqəsi, qurmağımıza hörmətlə yanaşmalıdır. Ancaq təəssüf ki, Birləşmiş Ştatlar və Fransa ölkəmizin sərhəd xidmətinin nəzarət buraxılış məntəqəsi qurduqdan sonra sərgilədiyi davranış, hesab edirəm ki, yaranmış vəziyyətə adekvat deyil. Azərbaycanın hər iki dövlətlə münasibətlərinə zərər vurur.
Birləşmiş Ştatların belə bir mövqe nümayiş etdirməsi mənim üçün bir qədər təəccüblü oldu. Çünki bu yaxınlara qədər Birləşmiş Ştatların bəzi rəsmiləri, o cümlədən də təhlilçiləri Azərbaycanın dövlətimizin Laçında ya Azərbaycan- Ermənistan sərhədinin nəzarət buraxılış məntəqəsi qurmasına isti yanaşırdılar. Yəni belə bir dövlət Departamentinin, daha sonra isə Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin narahatlıq ifadə edən açıqlaması həqiqətən də bu kontekstdə mənim üçün bir qədər təəccüblü oldu. Fransa isə hər zaman biz Fransadan belə qərəzli, qeyri obyektiv, qeyri adekvat mövqe görməyə alışmışıq. Azərbaycan hər dəfə öz əraziləri üzərində suveren nəzarətini bərpa edəndə Ermənistanla bərabər bir sıra dövlətlər də narahat olur və həmin dövlətlərdən biri Fransadır. Yəni bu baxımdan Fransanın mövqeyi bizim üçün təəccüblü deyil. Hesab edirəm ki, hər iki ölkənin- həm Fransanın, həm Birləşmiş Ştatlarının baş vermiş hadisəyə, ölkəmizin dünən Laçında sərhəd nəzarət buraxılış məntəqəsi qurmasını, sərgilədiyi mövqey hesab edirəm ki, həmin ölkələrin daxilində baş verən proseslərlə bağlıdır. Eyni zamanda da onların regional siyasətlə əlaqəlidir və onu da əlavə etmək istərdim ki, onların bu mövqeyi, yəni qeyri adekvat və qərəzli mövqeyi hər hansı bir formada Azərbaycanın siyasətinə Azərbaycanın mövqeyinə təsir göstərə bilməz. Sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və hər bir dövlət bu beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşmağa borcludur" - deyə o bildirb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?