Rusiyanın digər rəsmi şəxsləri və biznesmenlər Kanadanın Rusiyaya qarşı yeni sanksiyalar siyahısında yer alıb
Rusiya dumasının deputatları Vladimir Jirinovski və Aleksey Puşkov Kanadanın “qara” siyahısına düşüb. Bu iki deputatdan başqa Rusiyanın digər rəsmi şəxsləri və biznesmenlər Kanadanın Rusiyaya qarşı yeni sanksiyalar siyahısında yer alıb. Bu barədə ölkənin hökumətinin saytında məlumat yerləşdirilib. Bundan əvvəl Kanadanın baş naziri Stiven Harper Rusiyaya qarşı yeni sanksiyalar haqqında bildirib və 2 şirkətin və doqquz şəxsin adını qeyd edib. Onun sözlərinə görə, Kadada bu addımı Ukraynda davam edən böhrana cavab olaraq verib. Siyahıda həm də Kreml administrasiyasının birinci rəhbər müavini Vyaçaslav Volodin, baş nazir Dmitriy Kozak, Dövlət dumasının beynəlxalq işlər üzrə komitəsinin üzvü Yevgeniy Bababkov, Krımda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Oleq Belavensev, Federal müdafiə ximətinin başçısı Yevgeniy Murov, eyni zamanda Rotenberq qardaşlarının, Ekspobank və Rosenerqobankın da adları var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?