Gundemxeber.az » Dünya » Lavrov: ABŞ-ın bütün dünya adından danışmağa haqqı yoxdur...
Rusiyanın xarici işlər naziri Lavrov, ABŞ-a heç kimin bütün dünya adından danışmaq hüququnu vermədiyini bildirib...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, ABŞ-ın bütün dünya adından danışmaq hüququ yoxdur.
GUNDEMXEBER.AZ xəbər verir ki, yayım Xarici İşlər Nazirliyinin YouTube kanalında aparılıb.
“Heç kim Birləşmiş Ştatlara bütün dünya birliyi adından danışmaq hüququ verməyib”, deyən XİN rəhbəri qeyd edib ki, Qərb öz dünyagörüşünü başqalarına təlqin edir, dövlətlərin hörməti və bərabərliyi əsasında qarşılıqlı fəaliyyətdən imtina edir.
Lavrov əlavə edib ki, Şimali Amerika və Avropa coğrafi baxımdan və dünyanın daha kiçik bir hissəsini təşkil edən əhali baxımından dünyanın azlığıdır.
Rusiya xarici işlər naziri həmçinin Asiya, Afrika və Latın Amerikası ölkələrinin BMT-nin əsas orqanında daha çox təmsil olunması üçün Təhlükəsizlik Şurasında islahatların sürətləndirilməsinə çağırıb. Nazirin sözlərinə görə, Qərbin orada həddindən artıq təmsil olunması çoxtərəflilik prinsipini sarsıdır.
GUNDEMXEBER.AZ
1-09-2016, 12:29
29-11-2019, 10:45
26-06-2017, 15:14
21-11-2017, 11:57
26-09-2019, 11:57
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?