Gundemxeber.az » Dünya » "G7 ABŞ-ın Rusiyaya məhsul ixracının tam qadağan edilməsi planına müqavimət göstərir" - "Financial Times"
Avropa İttifaqı və Yaponiya ABŞ-ın G7 ölkələrinə Rusiyaya ixracı tam qadağan etmək təklifinə qarşı çıxıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
G7 liderlərinin bəyanatına Rusiyaya qarşı hazırda qüvvədə olan sanksiyaların sektoral rejiminin, bəzi istisnalar olmaqla, ixracın tam qadağan ediləməsinə dəyişmək vədi daxildir. İxraca tam qadağaya kənd təsərrüfatı, tibbi və başqa məhsullar üçün istisnalar daxil ediləcək.
İki rəsmi şəxsin sözlərinə görə, təklif ABŞ-dan gəlib. Məlumat verilir ki, Vaşinqton Rusiyanın sanksiyalardan yan keçməsinə narazıdır, çünki Moskva müharibəni aparmaq üçün Qərb texnologiyalarını almaq imkanına malikdir.
Lakin Avropa İttifaqı və Yaponiya belə qadağanın ictaedilməz olduğunu hesab edir. Rəsmi şəxslərin sözlərinə görə, 10 sanksiyalar paketinin ixraca tam qadağa qoyulması, üstəlik də istisnalar artıq mövcud
tədbirlərin potensial olaraq zəifləməsinə gətirib çıxara bilər.
Ağ evin Milli Təhlükəsizlik Şurası G7 üzrə tərəfdaşları ilə söhbəti şərh etməkdən imtina edib, lakin bəyan edib ki, ABŞ "Rusiyanın məsuliyyətə cəlb edilməsi üsullarını axtarmaqda davam edəcək".
Xatırladaq ki, G7 ölkələrinin liderləri mayın 19-da Xirosimada Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri, iqtisadi təhlükəsizlik, yaşıl investisiyalar və Hind-Sakit okean regionuna həsr ediləcək üçgünlük sammitində bir araya gələcək.
Rusiyaya ixrac qadağası-bəlli olanlar
Bu ərəfədə "Bloomberg" nəşri yazıb ki, Ukraynanın bəzi həlledici müttəfiqləri, o cümlədən ABŞ Rusiyaya ixracın böyük hissəsinə tam qadağa qoyulmasının mümkünlüyünü nəzərdən keçirir. Bu, Rusiyaya törətdiyi müharibə səbəbindən iqtisadi təzyiqin xeyli sərtləşdirilməsinə gətirib çıxara bilər.
Təklif edilən yanaşma razılaşdırılan istisnalardan başqa istənilən ixracı qadağan etməklə sanksiyaların mövcud rejimini dəyişəcək. Mövcud meyarlar isə sanksiyalar şamil edilən hallardan başqa, istənilən ixraca izn verir.
Əgər G7 ölkə liderləri sammitdə bu addımı dəstəkləyərsə, o zaman istisnalar siyahısını razılaşdırmaq lazım gələcək. Böyük ehtimalla, buraya dərmanlar və kənd təsərrüfatı, o cümlədən ərzaq məhsulları daxil ediləcək.
GUNDEMXEBER.AZ
16-12-2015, 17:48
27-05-2016, 00:59
30-11-2015, 13:55
31-01-2018, 00:17
8-11-2018, 11:57
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?