GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran gizli komitəsi etirazlara qatılan məşhurları belə cəzalandırır – Gizli sənədlər

İran gizli komitəsi etirazlara qatılan məşhurları belə cəzalandırır – Gizli sənədlər

Tarix: 27-04-2023, 11:07 Bölmə :Dünya Baxış: 222


Sızan sənədlərdən məlum olub ki, İran hakimiyyəti ötən il hökumət əleyhinə hərəkatı dəstəkləyən İranın məşhurlarını təqib etmək və cəzalandırmaq üçün gizli komitə yaradıb.


Gundemxeber.az xəbər verir ki, bu barədə BBC yazır.


Artıq sentyabrın 22-də bu komitə İqtisadiyyat Nazirliyinə 141 tanınmış şəxsin siyahısı və onların vergi ödənişlərinin yoxlanılması və barələrində digər tədbirlərin görülməsi tələbi ilə məktub göndərib.


Məktub ölkədə İslami geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan gənc Məhsa Əmininin ölümü ilə nəticələnən kütləvi etirazların başlamasından cəmi 6 gün sonra yazılıb.


Siyahıya İran futbolunun əfsanəsi Əli Daei və kino ulduzu Təranə Əlidosti kimi məşhurlar daxil edilib. 


Lakin onlardan başqa, əsas vətəndaş azadlıqlarını tələb edən hərəkatı dəstəklədiklərinə görə iqtisadi sanksiyalar, səyahət qadağaları və hətta həbslərlə üzləşən onlarla məşhur, aktyor, idmançı və sosial media rəy liderləri var.


Etirazlar başlayandan bəri təhlükəsizlik qüvvələri ilə qanlı toqquşmalarda yüzlərlə insan həlak olub və "iğtişaşlarda” iştirak etmək ittihamı ilə həbs edilib.

BBC Farsia Yaxın Şərqdəki mənbəsindən Tehran hakimiyyətinin məşhurları etirazlara qoşulmaqdan və hətta onları dəstəkləməkdən çəkindirmək üçün atdığı sürətli və koordinasiyalı tədbirləri göstərən üç sənəd əldə edib.


Sentyabrın 22-də yazılan məktubda İranın mədəniyyət və islami irşad naziri və insan haqlarını kobud şəkildə pozduğuna görə Avropa İttifaqının sanksiyalarına məruz qalan Məhəmməd Mehdi İsmailinin rəhbərlik etdiyi "Məşhurlar üzrə İşçi Qrup”un yaradılmasından bəhs edilir.


Məktubda həmçinin qeyd olunur ki, İqtisadiyyat nazirliyinə komitənin nöqteyi-nəzərindən iğtişaşların alovlanmasında mühüm rol oynayan siyahıda yer alan 141 nəfərin vergi ödənişlərini yoxlamaq və onlara "qanun çərçivəsində gözlənilən məhdudiyyətlər” tətbiq etmək tapşırılıb.


Futbolçu Ali Daei və etirazçılardan birinin edamını pislədiyinə görə dekabrın 17-də həbs edilən, lakin iki həftə sonra zaminə buraxılan aktrisa Təranə Əlidosti ilə yanaşı, kinorejissorlar Əsgər Fərhadi, Peqa Ahanqarani,  Manije Hekmat, Barzu Arcumand və Şahin Səmədpur, həmçinin aktyor və keçmiş teleaparıcı Ehsan Karami də daxil olmaqla bir çox məşhurun adı siyahıda yer alıb

Məktubda bu insanların üzləşdiyi "məhdudiyyətlər” göstərilməyib, lakin sadalanan şəxslərdən birinin BBC Fars Xidmətinə bildirdiyinə görə, "rəsmilər İnstaqramda olanları etirazçılara dəstək verməyə davam etsələr, bütün vergiləri ödəmək məcburiyyətində qalacaqları ilə hədələyiblər və İnternetdən əldə etdikləri gəlirlər kifayət qədər əhəmiyyətli məbləğlər olacaq”.


Siyahıda olan daha iki nəfər etirazçılara dəstək çıxışlarından sonra bank hesablarının bağlandığını təsdiqləyib.


Sentyabrın 26-da "Tamamilə məxfi” qeyd olunan başqa bir sənəddə deyilir ki, "Məşhurlar üzrə işçi qrup”unun adı dəyişdirilərək, daimi olan Məşhurlar üzrə komitəsi yaradılıb. 


Orada həmçinin deyilir ki, komitənin vəzifələri aktyorlar, ifaçılar və media nümayəndələri ilə məşğul olacaq mədəniyyət və kəşfiyyat nazirlikləri və idmançılarla məşqul olacaq İdman nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında bölünür.


Sənəddə qeyd edilir ki, məşhurlarla bağlı istənilən qərar "iğtişaşların yatırılmasında və rejimin əsaslarının qorunub saxlanmasında xərcləri azaldan və faydaları artıran şəkildə qəbul edilməlidir”.


Noyabrın 1-i tarixli üçüncü sənəddə Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində futbolçularla necə davranılmasından bəhs edilir və aparıcı oyunçulardan birinin və məşqçinin aktivlərinin dondurulması qeyd olunur.


Sənəddə həmçinin bildirilir ki, komitə aktrisa Fatimə Motamed-Aryanın "cəsarətindən” qəzəblənib və Tehran prokurorluğundan "dərhal ona qarşı ittiham irəli sürməyi və onun işinə prioritet məsələ kimi baxmağı” tələb edib.


Motamed-Arya internetdə hicabsız çəkdirdiyi şəkillərini və qəzəbli video yerləşdirib və hakimiyyətin onun hicablı şəklini reklam afişaları üçün istifadə etməsindən şikayətlənib.


İslam İnqilabı Keşikçiləri Korpusu casuslarının yalnız idmançılarla maraqlandığı iddia edilsə də, sənəddə deyilir ki, onlara kino və televiziya aktrisası, bir neçə ən yaxşı aktrisa mükafatçısı, etiraz hərəkatına dəstək məqsədilə hicabı ilk çıxaranlardan biri olan Katayun Riyahini saxlamağa icazə verilib. 


Bəzi məlumatlara görə, Katayun noyabrın 20-də ölkənin şimalında həbs edilib və bir həftə sonra zaminə buraxılıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi

    ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi ...

    24-11-2013, 12:01

  • 
  • Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir

    Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir ...

    11-12-2013, 02:00

  • 
  • ABŞ İranda etirazları boğan rəsmilərə qarşı sanksiyalar tətbiq edə bilər

    ABŞ İranda etirazları boğan rəsmilərə qarşı ...

    5-01-2018, 20:26

  • 
  • Səfiyə Qarabaği Zəncan prokuroluğunda ittihamlara qarşı özünü müdafiə edib

    Səfiyə Qarabaği Zəncan prokuroluğunda ittihamlara ...

    24-11-2022, 09:00

  • 
  • “Gənc Demokratlar Hərəkatı” qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etdi.

    “Gənc Demokratlar Hərəkatı” qeydiyyat üçün ...

    12-02-2016, 19:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu