Gundemxeber.az » Dünya » ƏSƏD REJİMİ NARKOTİK TİCARƏTİNDƏ İTTİHAM OLUNDU - Avropa İttifaqından yeni həmlə
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları sərtləşdirib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə ittifaq rəsmi məlumat yayıb.
İttifaqın qərarında Əsəd rejimi və ona bağlı olan 25 biznesmen və 8 hüquqi şəxs narkotik qaçaqmalçılığında və digər ağır cinayətlərdə ittiham olunub.
Açıqlamada Bəşər Əsədə bağlı olduğu “Captagon” şirkətinin Suriyada narkotik ticarəti ilə məşğul olduğu bildirilib. Bundan əlavə, Bəşər Əsədin ailə üzvləri, əmisi oğlanları, ölkənin kəşfiyyatına məsul şəxslər və biznesmenlər "qara siyahı"ya salınıb.
Məlumatda qeyd edilib ki, son qərarla Suriyada ümumilikdə 322 fiziki şəxsə sanksiya tətdiq edilib. "Qara siyahı"ya salınan hüquqi şəxslərin sayı isə 81-ə çatıb.
GUNDEMXEBER.AZ
22-05-2013, 02:23
26-03-2014, 10:08
16-07-2014, 17:14
16-12-2019, 13:14
13-04-2018, 11:20
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?