GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ayətullah Süleymaninin qətli – rejimə ismarış, yaxud kannibalizm - ŞƏRH

Ayətullah Süleymaninin qətli – rejimə ismarış, yaxud kannibalizm - ŞƏRH

Tarix: 28-04-2023, 17:07 Bölmə :Dünya Baxış: 255

İran rejiminin aşına tökdüyü qaşığına çıxır. 44 ildir insanların haqlı tələblərinin ödənilməməsi cəmiyyətdə kin, nifrət, düşmənçilik hissini, qisasçılıq ruhunu artırıb.

Ötən gün İran Dini Ekspertlər Şurasının üzvü ayətullah (bəzi mənbələr höccətülislam kimi də təqdim edir) Abbasəli Süleymani Mazandaran əyalətinin Babolsər şəhərində bankda silahlı hücum nəticəsində öldürülüb. O, rejimin aparıcı dini və siyasi xadimlərindən olub. Abbasəli Süleymani əvvəllər İranın Sistan-Bəlucistan əyalətində ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi olaraq fəaliyyət göstərib, bu bölgəni Dini Ekspertlər Şurasında təmsil edib. Onu qətlə yetirən şəxs tutulsa da, ancaq hadisə ilə bağlı hələ ki ətraflı məlumat yayılmayıb.

Yeri gəlmişkən, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs də tutulmuşdu. Onun jurnalistlərə törətdiyi hadisə ilə bağlı açıqlama verməsinə şərait yaradılmışdı. Lakin ayətullahı açıq-aşkar şəkildə öldürənin əməlləri və kimliyi barədə rəsmi mənbələr hələ də susur.

Əslində, Tehran hakimiyyətinin və uyğun qurumların susqunluğu aşağıdakı ehtimalların yaranmasına səbəb olub:

-İran hakimiyyəti son hadisələrdə daha çox Abbasəli Süleymaninin fəaliyyət göstərdiyi Sistan-Bəlucistan əyalətində etirazçılara təzyiq edib. Bu bölgədə Tehranın hərbi-polis qüvvələri yüzdən çox dinc aksiyaçıları öldürüb. Elə Abbasəli Süleymani öldürülən gündən bir gün əvvəl əyalətin Fənuc şəhərində hərbi-polis qüvvələri aksiya zamanı 7 dinc etirazçını qətlə yetirmişdi. Bu baxımdan Abbasəli Süleymaninin qətlində bəluc izi ola bilər. Bu arada, etnik bəlucların silahlı dəstələrinin olduğuna dair informasiyalar var. Hətta vaxtilə İranın keçmiş Prezidenti Mahmud Əhmədinejatın avtomobil karvanına bu əyalətdə hücum da olmuşdu. Orada İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli vəzifəlilərinə tez-tez hücumlar olur. Ötən ilin oktyabrında isə Sepahın kəşfiyyat idarəsinin komandanı polkovnik Əli Musəvi də etiraz aksiyaları zamanı öldürülmüşdü. Bu baxımdan Abbasəli Süleymaninin ölümünü etiraz aksiyalarının, yaxud silahlı qisasın davamı da saymaq olar

-Bəziləri hadisənin tamah məqsədilə törədildiyini iddia etsə də, videogörüntüdə buna əsas verə biləcək kadr görünmür;

-Bu silahlı hücum İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə xəbərdarlıq da sayıla bilər. Qeyd edək ki, 1981-ci il iyunun 27-də ölkənin ikinci Prezidenti Məhəmməd Əli Rəcai, Baş nazir Məhəmməd Cavad Bahonar və bir neçə başqa şəxs terror nəticəsində öldürülmüş, indiki ali rəhbər Xamənei isə yaralanmışdı. Onun bir qolu iflic olub. Şərtlər dəyişsə də, onda da iddia edilirdi ki, bu terror aktı ona xəbərdarlıqdır. İran hakimiyyətinin Bəlucistan əyalətində törətdiyi qanunazidd əməllər, habelə oradakı müsəlman əhalinin məzhəbə görə ayrı-seçkiliyə məruz qalmasını nəzərə alsaq, bu etnik qrupa mənsub şəxslərin hiddətini Süleymaninin qətli ilə həyata keçirdiyi qənaətinə gəlmək olar. Odur ki, Xamənei əlçatmaz olduğundan hədəf kimi Süleymani seçilib. Başqa sözlə, bu qətl ona, rejimə ismarış sayıla bilər;

- Rejimə qarşı mübarizə aparan etnik bəluclara təzyiqi artırmaq üçün də hakimiyyətin bu qətli törətməsi mümkündür. Qeyd etmək lazımdır ki, İranda rejimdaxili münasibətlərin bu yolla həlli təcrübəsi də var və s.

Abbasəli Süleymaninin qətli adi, sıradan bir cinayət deyil. Bu, Tehranın cəmiyyətə etdiyi təzyiqlərin, cismani və mənəvi işgəncənin, edamların, öz vətəndaşlarına qarşı törətdiyi terrorların bumeranq effektidir. Ölkədə vəziyyət ağırlaşır. Ona görə də hakimiyyət bir sıra hallarda özününküləri də məhv edir. Bu səbəbdən də Süleymaninin qətlini İran rejiminin öz balalarını yeməsi, kannibalizm kimi də qiymətləndirmək olar...

Sədrəddin İsmayılov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General İsmayıl Kaan “Əl-Qüds” briqadasının komandanı təyin edildi - VIDEO

    General İsmayıl Kaan “Əl-Qüds” briqadasının ...

    4-01-2020, 14:40

  • 
  • İran səfirliyinə hücum: Bayraq endirildi

    İran səfirliyinə hücum: Bayraq endirildi ...

    10-03-2018, 11:53

  • 
  • Ayətullah Əli Sistani: “Xamneyinin etirazçıları öldürməyə verdiyi fətva batil və haramdır”

    Ayətullah Əli Sistani: “Xamneyinin etirazçıları ...

    23-11-2019, 15:40

  • 
  • İran ayətullahı Azərbaycan əleyhinə konfrans keçirəcək

    İran ayətullahı Azərbaycan əleyhinə konfrans ...

    24-01-2013, 10:41

  • 
  • Ruhani Süleymaninin ailəsinə baş çəkdi

    Ruhani Süleymaninin ailəsinə baş çəkdi ...

    4-01-2020, 10:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu