Dünən Ermənistan ordusunun Basarkeçər("Vardenis") mərzinin Tsovak kəndi yaxınlığında keçirlən ehtiyatda olan hərbçilərinin təlim-məşq toplantısından sonra kütləvi insident yaşanıb. Məlum olub ki, Müdafiə Nazirliyi təlim iştirakçılarının yaşadıqları yerlərə qayıtması üçün avtobus ayırmayıb. Erməni hərbçilər bu laqeydlikdən əsəbiləşərək "Martuni-Vardenis" avtomobil yolunu bağlayıblar.
GUNDEMXEBER.AZ Moderator.az-a istinadla xəbər verir ki, "Hraparak" bu haqda gecə saatlarında əldə etdiyi məlumat və video-görüntülər əsasında informasiya yayıb. Basarkeçərdə yaşayan ermənilərdən biri jurnalsitlərlə söhbətində qeyd edib ki, bu, mövqelərdən evə qayıtmalı olan hərbi təlim-toplantı iştirakçılarının nəqliyyatla təmin olunmaması ilə bağlı ilk hal deyil...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?