Gundemxeber.az » Dünya » Almaniyada LGBT qalmaqalı: müsəlman ailənin uşaqları zorla əllərindən alındı
Almaniyanın Bremerhaven şəhərində yaşayan müsəlman bir ailənin 2 övladı ailəsindən zorla alınıb.
Gundemxeber.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb ailənin uşaqlarına LGBT-nin (eyni cinsdən olan şəxslərin sevişən və ya ailə quranlar red.) İslam dininə uyğun olmadığını uşaqlarına təlqin etmələri olub.
Məlumata görə, bu səbəbdən uşzaqlar məhkəmə qərarı ilə ailədən alınaraq, Almaniya Gənclər Agentliyinə (Jugendamt) təhvil verilib.
Sosial mediada paylaşılan görüntülərdə polis tərəfindən zorla ailələrindən ayrılan uşaqların görüntüləri ürək parçalayıb. Uşaqların ailələrindən ayırlmaması üçün ağlamaları böyük əks-səda doğurub.
Ailə üzvləri övladlarından birinin xəstə olduğunu da və bu vəziyyətdən təsirlənə biləcəyini və səhhətində problemlərin ola biləcəyini bildiriblər.
Lakin müqavimətə baxmayaraq, polis məhkəmə qərarını icra edib.
Bu məsələnin necə məhkəməyə çıxarılmasının detallarının açıqlanmadığı xəbərdə şəhər polis idraəsinin açıqlamasına da yer verilib.
Bildirilib ki, Bremen əyalətinin Bremerhaven liman şəhərində yaşayan mühacir müsəlman ailənin iki övladı Alman Gənclər Agentliyinin səlahiyyətliləri tərəfindən polis nəzarəti altında ailədən alınıb: "Hamıdan xahiş olunur ki, hadisə ilə bağlı fərziyyələrə yer verilməsin. Polis yalnız məhkəmə qərarınə icar edib. Bu hadisədən başqa niyyət güdmək lazım deyil...".
GUNDEMXEBER.AZ
7-08-2013, 18:03
16-09-2015, 12:41
26-07-2013, 13:25
12-08-2017, 11:53
14-05-2018, 10:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?