Gundemxeber.az » Dünya » BMT-də UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad olunmasına çağırış edilib
Ukrayna Milli Jurnalistlər Birliyinin (UMJB) sədri Sergey Tomilenko UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad edilməsinə çağırıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Tomilenko Nyu-Yorkda BMT Baş Assambleyasında Ümumdünya Söz Azadlığı Günü münasibətilə çıxışı zamanı danışıb.
“Ötən ilin martında əsir götürülən ən azı bir mülki ukraynalı jurnalist hələ də Rusiyada həbsdədir”, - deyə Tomilenko bildirib.
O qeyd edib ki, söhbət UNIAN-ın jurnalisti Dmitro Xilyukdan gedir.
Eyni zamanda, S.Tomilenko işğal altındakı Krımda həbs edilən yerli tatar jurnalistlərin də azad olunmasına çağırış edib.
Xatırladaq ki, UNIAN-ın jurnalisti Dmitro Xilyuk ötən ilin fevral ayında Rusiyanın Kiyev vilayətinə hücumu zamanı əsir düşüb.
GUNDEMXEBER.AZ
28-12-2020, 12:10
9-03-2014, 13:07
11-05-2016, 22:40
28-08-2015, 20:00
22-12-2020, 12:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?