Radikal-sağçı Dmitro Yaroş prezidentliyə namizədliyini irəli sürüb Ukraynada radikal-sağçı qrup "Praviy Sektor"un lideri Dmitro Yaroş ölkə prezidentliyinə namizədliyini irəli sürüb. Yaroş bildirib ki, xalq arasında çoxlu sayda tərəfdarı olan bir qrupun hökumətdə təmsil olunmaması məntiqə sığmır. «Praviy Sektorun Ukrayna siyasətində təmsil olunması üçün çoxlu sayda zənglər qəbul edirdik. Ona görə də siyasi şura belə bir qərar qəbul etdi. Mən prezidentliyə namizədliyimi irəli sürürəm» Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Praviy Sektoru" Kiyevdə insanları snayperlərlə vurmaqda ittiham edib. Lavrov qeyd edib ki, bu zorakılıq cavabsız qalmayacaq. "Onların üsulları terror və hədə-qorxu üsuludur" - deyə Lavrov qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?