Gundemxeber.az » Dünya » Hindistanda turist qayığının qəzaya uğraması nəticəsində 18 nəfər ölüb
Hindistanın Tanur şəhərində (Kerala ştatı) turist qayığının qəzaya uğraması nəticəsində aralarında uşaqların da olduğu azı 18 nəfər ölüb.
GUNDEMXEBER.AZ xarici mediaya istiandla bildirir ki, yerli hakimiyyət orqanları ikimərtəbəli gəminin göyərtəsində 35-40 sərnişinin olduğunu bildirib. Hadisə şahidlərinin sözlərinə görə, qayıqda sıxlıq olub, sərnişinlərin əksəriyyətində xilasedici jiletlər olmayıb.
Xilasetmə əməliyyatı qaranlığın başlaması ilə çətinləşib. O da qeyd olunub ki, gəmi qaydaları pozaraq, gündüz saatları bitdikdən sonra sərnişin daşımağa davam edib.
Hindistanın Baş naziri Narendra Modi tviterdə həlak olanların ailələrinə başsağlığı verib.
GUNDEMXEBER.AZ
26-06-2017, 12:15
29-09-2016, 23:20
10-04-2016, 19:15
18-02-2018, 17:57
19-12-2017, 10:56
Sorğu
Yeni dizaynımız necədir?