Gundemxeber.az » Dünya » Afrikada prezidentin baş mühafizəçisinin oğlu qətlə yetirildi
Cənubi Afrika Respublikası prezidentinin mühafizə bölməsinin rəhbərinin oğlu Uorren Rud paytaxt Keyptaunda ölü tapılıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, 30 yaşlı gənc sonuncu dəfə aprelin 23-də Delftin Eyndhoven şəhərində öz avtomobilini idarə edərkən görüntülənib. Günlərlə aparılan axtarışlardan sonra Uorrenin cəsədi Qudvudda tapılıb və valideynləri tərəfindən tanınıb. General-mayor Uolli Rud oğlunun ölü tapıldığını təsdiqləyib.
“Qətl hadisəsi olub. Qərbi Keyp detektivləri bu dəhşətli cinayətə görə məsuliyyət daşıyanları araşdırmaq və yaxalamaq üçün gecə-gündüz işləyirlər”, - deyə yerli hüquq-mühafizə orqanından bildirilib.
Gundemxeber.az
8-10-2013, 01:07
16-12-2017, 23:53
22-09-2017, 11:23
21-11-2015, 12:49
18-05-2021, 21:09
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?