Gundemxeber.az » Dünya » İsrail ordusu Qəzza zolağına zərbələr endirib
İsrail Müdafiə Qüvvələri (İsrael Defense Forces - İDF) bu gün Qəzza zolağında Fələstin İslami Cihad Təşkilatına məxsus raket qurğularına və obyektlərə hücuma başlayıb...
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə İDF mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda İsrail ordusu Qəzza zolağında İslami Cihad terror təşkilatının raket qurğularına zərbələr endirir.
Qeyd olunub ki, döyüş təyyarələri Xan Yunis şəhərində raket buraxılış qurğularına doğru hərəkət edən terrorçu dəstələrinə zərbələr endirib.
Hərbi əməliyyatların digər təfərrüatları sonra açıqlanacaq.
Həmçinin əlavə olunub ki, hücum nəticəsində bir sıra silah zavodları, hərbi obyektlər və yüksək rütbəli terrorçular məhv edilib.
GUNDEMXEBER.AZ
6-05-2016, 02:25
18-06-2018, 10:31
27-05-2015, 18:16
5-05-2016, 00:16
23-07-2017, 16:44
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?