Pakistanın keçmiş baş naziri İmran Xanın həbsindən sonra keçirilən etiraz aksiyalarında 1000 nəfərə yaxın insan həbs edilib.
Gundemxeber.az xəbər verir ki, İmran Xanın həbsi ilə bağlı xəbərlərdən sonra ölkənin hər yerində kütləvi etirazlar başlayıb, keçmiş baş nazirin tərəfdarları məmurların evlərini yandırıb, polis məntəqələrini dağıdıblar. Etirazlar zamanı 130-dan çox polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, İmran Xan korrupsiyada şübhəli bilinərək milli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?