Gundemxeber.az » Dünya » Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxır
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin denonsasiyası haqqında qanun layihəsi təqdim edib. Müvafiq sənəd çərşənbə günü Dövlət Dumasının məlumat bazasında dərc olunub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, qanun layihəsinə izahat qeydində bildirilir ki, müqavilə “Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi aləti kimi 1990-cı illərin əvvəlləri üçün kifayət qədər səmərəli və təsirli olub”.
“90-cı illərin əvvəllərindən başlayaraq, ilk növbədə NATO-nun genişlənməsi ilə bağlı olan genişmiqyaslı hərbi-siyasi dəyişikliklərin təsiri altında o, xeyli dərəcədə köhnəlib və reallıqla əlaqəsini itirib. Qərb ölkələrini bu məsələyə münasibətini dəyişməyə sövq etmək üçün Rusiya Federasiyası müqavilədə iştirakını dayandırır. Belə ki, 2007-ci ildən Avropada adi silahlar sahəsində vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib”, - sənəddə deyilir.
Qeyd olunur ki, “ABŞ və onun müttəfiqləri Rusiya ilə fəlakətli nəticələrlə dolu hərbi qarşıdurma xəttini davam etdirirlər”.
“İşlərin hazırkı vəziyyəti müqavilənin denonsasiyası üçün tədbirlərin görülməsini və Rusiya Federasiyasının sazişdən çıxması üçün dövlətdaxili prosedurların başlanmasını tələb edir. Proses başa çatdıqdan sonra digər iştirakçı dövlətlərə müvafiq bildiriş göndəriləcək”, - izahatda vurğulanır.
Gundemxeber.az
16-12-2017, 15:03
4-12-2017, 21:15
30-08-2018, 12:49
20-04-2018, 11:37
7-06-2016, 23:42
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?