Slovakiya Prezidenti Zuzana Çaputova və onun ailə üzvlərinə qarşı təhdidlərə görə təhlükəsizlik tədbirləri gücləndirilib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, yaxın günlərdə ikinci beşillik prezidentlik müddətinə yenidən seçilmək istəyib-istəməyəcəyi ilə bağlı qərarını açıqlamalı olan Çaputova içində güllələr olan, təhqir və təhdid mesajları alıb.
Bundan əlavə, onun Bratislava yaxınlığındakı Pezinok şəhərindəki evinə bomba qoyulması ilə bağlı anonim məlumatlar daxil olub.
49 yaşlı dövlət başçısı və onun 19 və 22 yaşlı qızlarına qarşı ölüm təhdidləri gəlib. Polis vəziyyəti fəal şəkildə araşdırır və prezidentə hədə-qorxu gələn şəxsləri axtarır. Hələlik heç bir ittiham irəli sürülməyib.
Slovakiyada hökumət böhranı ötən ilin dekabrında Baş nazir Eduard Hegerin sağ mərkəzçi hökumətinə etimadsızlıq səsverməsindən sonra güclənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?