Şimali Atlantika Alyansı Soyuq Müharibədən bəri NATO strategiyasında qüvvələrin və cavab üsullarının yenidən təşkilini nəzərdə tutan ən böyük islahatını tamamlayır.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, NATO yeni geosiyasi reallığa cavab vermək üçün strategiya yaratmaq işini sürətləndirir.
Alyans terrorizmə və Rusiya Federasiyasından gəldiyi iddia edilən təhlükəyə qarşı ümumi strategiyanın islahatını tamamlayır. Qeyd olunur ki, bu, son 30 ildə ilk vahid strategiya olacaq.
Bildirilir ki, NATO hazırda “bəzi hərbi metodlarda dəyişiklikləri” nəzərdə tutan təxminən 4 min səhifəlik sənəd hazırlayır.
Yeni planın 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək sammitdə təsdiqlənəcəyi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?