Gundemxeber.az » Dünya » Pakistanda müxalifət liderləri həbs edilib
Pakistan müxalifətinin liderlərindən biri, sərhəd bölgələri üzrə keçmiş dövlət naziri və narkotiklərə nəzarət üzrə keçmiş nazir Şəhriyar Xan Afridi İslamabadda həbs edilib...
Bu barədə Ary News telekanalının saytında polisə istinadən məlumat verilib.
Məlumata görə, Xan Afridi keçmiş baş nazir İmran Xanın həbsindən sonra - mayın 9-da baş vermiş iğtişaşlarla bağlı asayişin qorunması haqqında qanun əsasında saxlanılıb. İmran Xan daha sonra zaminə buraxılsa da, korrupsiyada ittiham olunur.
Müxalifət partiyasının digər lideri Fəyyaz-ül-Həsən Çohan da Pəncab əyalətində həbs edilib.
Pakistanın dövlət radiosunun verdiyi məlumata görə, müdafiə naziri Xavaca Məhəmməd Asif hökumətin "Təhrik-i İnsaf" partiyasını qadağan etmək planının olmadığını, lakin iğtişaşlar zamanı qanunları pozanlara qarşı tədbir görüləcəyini bildirib.
GUNDEMXEBER.AZ
23-12-2022, 17:27
20-11-2018, 10:38
9-05-2023, 21:05
12-05-2023, 19:08
11-05-2023, 14:35
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?