GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Oğul Paşinyanı oğurlamağa cəhd: Nikola xəbərdarlıq, yoxsa təxribat - ŞƏRH

Oğul Paşinyanı oğurlamağa cəhd: Nikola xəbərdarlıq, yoxsa təxribat - ŞƏRH

Tarix: 18-05-2023, 14:55 Bölmə :Dünya Baxış: 175

Azərbaycan və Türkiyə ilə sülh, normallaşma prosesinə qarşı çıxışlar, fəaliyyət Ermənistandan qaynaqlanır.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın 23 yaşlı oğlu Aşotu günorta saatlarında İrəvanda oğurlamağa cəhd göstəriblər. Hadisə ilə bağlı cinayət işi başlanılıb və sənədlər Ermənistan Respublikası İstintaq Komitəsinə göndərilib.

Bildirilib ki, A.Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir. Onlar hökumət başçısının oğlunu zorla maşına mindirməyə çalışıblar. Hadisə zaman Aşot Paşinyan avtomobillə vurulub və yaralanıb.

Qeyd edək ki, “Oğulların çağırışı” İctimai Birliyi 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb. Təşkilata Ara Rustamyan rəhbərlik edir. “Oğulların çağırışı” İctimai Birliyinin üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Aşotun oğurlanmasında 44 günlük müharibədə ölən Ermənistan hərbçisinin anası Qayane Melikyan şübhəli şəxs qismində saxlanılıb.

Əslində, bu, Aşot Paşinyanla bağlı ilk hadisə deyil. Bu il aprelin əvvəlində də ona hücum olub. Onda parlamentin sədri Alen Simonyan hadisə ilə bağlı təfərrüatı şərh etmədən bildirmişdi ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir. O, oxşar hadisələrin əvvəllər də baş verdiyini söyləmişdi.

Ermənistanda dövlət xadimlərinə qarşı terror hadisəsi baş verib. 1999-cu il oktyabrın 27-də ölkə parlamentinə edilən silahlı hücum və onun nəticəsində ovaxtkı Prezident Robert Koçaryanın rəqiblərinin öldürülməsini də nümunə olaraq göstərmək olar.

Aşotun yenidən qaçırılmasına cəhdin Ermənistan baş nazirinin son zamanlar verdiyi açıqlamalarla əlaqəsi ola bilər. Qeyd edək ki, hadisə baş verən gün Nikol Paşinyan İslandiyada səfərdə olub. O, Avropa Şurasının Reykyavikdə keçirilən 4-cü Sammitində çıxışı zamanı deyib:

“Üç gün əvvəl Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə biz (mayın 14-də Prezident İlham Əliyevlə görüşü nəzərdə tutur - red.) irəliyə doğru daha bir addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadratkilometr, Azərbaycan isə 29,8 min kvadratkilometr daxilində Ermənistan ərazisini tanıyır”. Bu, həm də o deməkdir ki, Ermənistan Azərbaycana qarşı yersiz və əsassız ərazi iddiasından imtina edir. Hadisə Nikol Paşinyanın bu açıqlamasından sonra baş verib. Hadisə zamanı işğalçı Ermənistan ordusunun tərkibində Azərbaycanda ölən erməni hərbçisinin anasının iştirakı da bir avantüradır. Ermənistanda və ondan xaricdəki revanşistlər, Azərbaycana qarşı düşmən mövqedə olanlar bununla Nikol Paşinyanın yuxarıda bəhs etdiyimiz açıqlaması ilə razılaşmadıqlarını nümayiş etdirməyə cəhd göstərirlər. Bu, həm də beynəlxalq ictimaiyyətə ermənisayaq təsir göstərmək vasitəsidir. Çünki ermənilər Türkiyəyə və Azərbaycana qarşı iddialarını reallaşdırmaq üçün ASALA və başqa adda terrorçu qruplar vasitəsilə türk diplomatları qətlə yetirmək, Bakıda metroda partlayış törətmək kimi cinayətlərə əl atıblar. Odur ki, “Oğulların çağırışı” kimi qruplar Nikol Paşinyana və Azərbaycana qarşı əsassız iddialardan əl çəkmək yolunu tutanlara adam oğurluğu ilə təzyiq etməyə cəhd göstəriblər.

Nəhayət, bu hadisə həm də sübut edir ki, Ermənistan, dünya erməniləri saxta və əsası olmayan iddialarla tərbiyə ediliblər. Onlara “dənizdən dənizə”ni, “Böyük Ermənistan”ı təbliğ edənlər indi onun acı nəticələrini Ermənistan cəmiyyətinə yaşadırlar. Qayane Melikyan və onun kimi analar “Azərbaycan torpaqlarında oğullarının nə işi var idi” sualı ətrafında niyə düşünmürlər? Ermənistan hərbçiləri Azərbaycanın Xankəndi və ətraf bölgələrinə niyə yerləşdirilib? Sülhməramlı adı altında Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya hərbçiləri bölgədəki ermənilərə niyə silah-sursat daşıyır, yaxud onu təşkil edir?

Beləliklə, Aşotun qaçırılmasına cəhd Ermənistan cəmiyyətində 30 ildir hakim olan yalanı yenidən reallaşdırmağa səy göstərənlərin uğursuz əməlidir. Bu həm də Ermənistanın regional təhlükəsizliyə təhdid mənbəyi olduğunu təsdiqləyir./report.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyanın oğlunu qaçırmaq istədilər, xəsarət aldı

    Paşinyanın oğlunu qaçırmaq istədilər, xəsarət aldı ...

    17-05-2023, 18:16

  • 
  • Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə yolladı

    Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə yolladı ...

    29-05-2018, 10:05

  • 
  • Paşinyanın oğlunu Qarabağda döydülər – Şok səbəb

    Paşinyanın oğlunu Qarabağda döydülər – Şok səbəb ...

    24-09-2019, 14:11

  • 
  • Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB

    Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB ...

    18-07-2018, 16:56

  • 
  • Tibb Universitetinin qarşısında qızı oğurlamaq istəyənlər həbs edildi

    Tibb Universitetinin qarşısında qızı oğurlamaq ...

    17-12-2014, 12:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu