Gundemxeber.az » Dünya » Türkiyədə prezident seçkisi üçün xaricdə verilən səslərin sayı açıqlanıb
Mayın 20-dən etibarən Türkiyənin xarici ölkələrin nümayəndəliklərində və gömrük-keçid məntəqələrində 28 mayda keçiriləcək prezident seçkisi üçün səsvermə prosedurları davam edir.
Gundemxeber.az bildirir ki, Türkiyə Mərkəzi Seçki Komissiyasından əldə edilən məlumata görə, 1 099 841 nəfər Türkiyə vətəndaşı xarici nümayəndəliklərdə, 54 001 nəfəri isə gömrük-keçid məntəqələrində səs verib. Səs verən seçicilərin ümumi sayı 1 153 842 nəfər olub.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrük-keçid məntəqələrində isə mayın 28-i saat 17:00-dək davam edəcək.
Xatırladaq ki, ilk turda namizədlərdən heç biri müəyyən edilən səsi toplamayıb və seçkinin ikinci turu mayın 28-də keçiriləcək.
Gundemxeber.az
28-11-2018, 16:03
24-10-2018, 15:08
16-04-2017, 11:11
23-12-2019, 11:32
28-04-2020, 18:40
Sorğu
Yeni dizaynımız necədir?