Gundemxeber.az » Dünya » Paşinyan oğlunu qaçırmaqda ittiham olunan qadının həbsinə münasibət bildirdi
“Müharibədə oğlumun hərbçi yoldaşını öldürən qəlpə Aşota dəysə, o, qəhrəman, Anna Akopyan isə qəhrəman ana olacaqdı?”
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında ölən əsgərin anasının həbsini şərh edərkən deyib.
Onun fikrincə, müharibəyə gedənlərin hər biri, o cümlədən oğlu ölümə gedib.
Baş nazir həmçinin oğlundan şikayət ərizəsini geri götürməsini istəmədiyini deyib.
“Bu məsələ ilə bağlı birinci danışığımızda Aşot məni bu xahiş və müraciətdən məhrum edib. Mən onunla danışanda o, Ermənistanda bütün məsələlərin hüquqi prosedurlarla həll edilməli olduğunu müdafiə etdi”, - deyə hökumət başçısı vurğulayıb.
Xatırladaq ki, mayın 20-də məhkəmə baş nazirin oğlu Aşot Paşinyanın oğurlanmasını təşkil etməkdə ittiham olunan Qayane Akopyan (44 günlük müharibədə ölmüş Jora Martirosyanın anası) bir ay müddətinə həbs edilib.
Gundemxeber.az
30-09-2020, 12:38
24-09-2019, 14:11
29-05-2018, 10:05
9-04-2019, 14:24
2-07-2018, 09:14
Sorğu
Yeni dizaynımız necədir?