GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Maksim Şevçenko: “Paşinyan hansısa Qərb agenti deyil, o, tamamilə Putinin özü tərəfindən idarə edilir”

Maksim Şevçenko: “Paşinyan hansısa Qərb agenti deyil, o, tamamilə Putinin özü tərəfindən idarə edilir”

Tarix: 23-05-2023, 14:31 Bölmə :Dünya Baxış: 164

“Paşinyan şəxsən Vladimir Putinlə razılaşdırılmış bəyanatları səsləndirir”.

GUNDEMXEBER.AZ bildirir ki, bu sözləri oxu.az-a tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü (86,6 min kv.km) tanıdıqları barədə açıqlamasından sonra Rusiya mediasındakı ermənipərəst manipulyatorların yaratmağa cəhd etdikləri “fırtına”nı şərh edərkən deyib.

O bildirib ki, bu bəyanatlar, sadəcə, bir tamaşadır.

“Mən müstəqil insanam, öz fikrim var və hər şeyi olduğu kimi izah etməyə hazıram. Bu bəyanatlar, sadəcə, bir tamaşadır. Rusiyada yalnız bir adamın - Prezident Vladimir Putinin fikrini dinləyin və bir də Bakı-İrəvan dialoqunda onun mövqeyini ifadə edən xarici işlər naziri Sergey Lavrovun. Bütün digər səslər və ya zingiltilər zərrə qədər də əhəmiyyət kəsb etmir. Bu, sadəcə olaraq, Rusiya media məkanında və başqa haradasa əlaltıları olan müxtəlif erməni qruplaşmalarının mövcud vəziyyətə verdikləri reaksiya və bir-birinə qarşı təzyiqləridir”, - deyə M.Şevçenko qeyd edib.

Ekspertin sözlərinə görə, Putinin mövqeyi aydındır:

“Vladimir Putinin birmənalı olaraq mövqeyi aydındır: Qarabağ - Azərbaycandır. Nikol Paşinyan isə hansısa Qərb agenti deyil, o, tamamilə Rusiya prezidentinin özü tərəfindən idarə edilir. Paşinyan nə Simonyandan, nə Zatulindən, nə Vardanyandan, nə də başqa oliqarxdan asılıdır. Paşinyanın şəxsən birbaşa Rusiya prezidentinə çıxışı var. Xatırlayın, Vladimir Putin ötən ilin noyabrında İrəvana səfər etdiyi zaman Nikol Paşinyan hava limanından Rusiya prezidentinin avtomobilinə minərək ayrılmışdı. Və anladığım qədərilə, Ermənistan baş naziri Vladimir Putindən göstəriş almasa belə, ən azından, onun “istək”lərini dinləyirdi.

Qalan hər şey, təkrar edirəm, ermənilərin öz aralarındakı çəkişmələrdir. Onlar hamısı öz aralarında bir-birlərini “didirlər”, hakimiyyət günəşi altında yer əldə etmək üçün yarışırlar. Həmçinin bu müəyyən bir imic oyunudur”.

“Aydındır ki, Moskva üçün müasir Azərbaycan hakimiyyəti, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Cənubi Qafqazda ən yaxşı tərəfdaşıdır. Vəziyyəti daha geniş izah edəcəyəm. Qarabağla bağlı razılaşmaların xarici təminatçıları olaraq Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan çıxış edirlər, Qərb deyil. Doğma torpağının azadlığı uğrunda vuruşmuş və həyatını itirmiş Azərbaycan xalqının qəhrəmanlarını da unutmaq olmaz.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında tam qarşılıqlı dialoq mövcuddur. Onlar Cənubi Qafqazda sabitliyin, sülh prosesinin iki qütbüdür. Həm Ankara, həm də Moskva üçün bu məsələ həyati dərəcədə əhəmiyyət kəsb edir. Və eyni zamanda onlar Cənubi Qafqaz dövlətlərinin onlarla dialoqdan imtina etməsində maraqlı deyillər. Həmçinin Bakıdan danışırıqsa, deyə bilərik ki, o, heç kimin nəzarəti altında deyil. Və Türkiyə - böyük siyasətçi Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi qüdrətli ölkə - Azərbaycanın güclü müttəfiqidir, lakin Ankara Bakıya nəzarəti həyata keçirmir”, - deyə Maksim Şevçenko bildirib.

“Rusiya və Türkiyə yeganə dövlətlərdir ki, Azərbaycanın, Ermənistanın, Qarabağdakı az sayda ermənilərin və işğaldan azad edilmiş doğma yurdlarına qayıtmaq istəyən çox sayda azərbaycanlıların mənafeyinə uyğun olaraq Azərbaycan-Ermənistan məsələsinin tam şəkildə nizamlanmasına, yekun razılığın əldə edilməsinə nail ola bilərlər.

Prosesin daha da irəliləməsi mümkün ola bilər, azərbaycanlıların Ermənistan ərazisinə, Zəngəzura qayıtmaları müzakirə olunur. Mən çox sayda azərbaycanlı tanıyıram ki, sovet dövründə Ermənistanda doğulublar və orada ucqar kəndlərdə yaşayıblar. Azərbaycanlıların və ermənilərin kəndləri bir-birinə yaxın yerləşirdi. Ola bilər ki, azərbaycanlılar, heç olmasa, oraya getmək imkanı əldə edə bilərlər. Eyni zamanda, ermənilər də Azərbaycana, Bakıya gələ bilərdilər. Lakin bu məsələ kifayət qədər uzaq perspektivdədir”, - deyə o əlavə edib.

“Xülasə olaraq yenə təkrar edirəm: müəyyən personajların hürməsinə fikir vermək lazım deyil. Rusiyanın mövqeyinə qulaq asmaq və başa düşmək lazımdır ki, Paşinyan şəxsən Vladimir Putinlə razılaşdırılmış bəyanatları səsləndirir”, - deyə Maksim Şevçenko fikrini tamamlayıb. 


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya gəlir

    “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya ...

    12-08-2013, 12:09

  • 
  • Putinin "sağ əli" müsəlman oldu - (Video)

    Putinin "sağ əli" müsəlman oldu - ...

    5-11-2014, 12:19

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20

  • 
  • Orxan Camalı dəfn edə bilmirlər -Maksim Şevçenko bəyanat yaydı

    Orxan Camalı dəfn edə bilmirlər -Maksim Şevçenko ...

    6-08-2018, 11:00

  • 
  • Paşinyan Putinlə görüşmək niyyətindədir

    Paşinyan Putinlə görüşmək niyyətindədir ...

    3-09-2018, 11:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu