Türkiyədə mərkəzi Kahramanmaraş olan zəlzələlərin təsirləri hələ də davam edir.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Riskin Azaldılması üzrə baş direktoru Orhan Tatar zəlzələlərlə bağlı son məlumatları paylaşıb.
Onun sözlərinə görə, dünyada belə bir təbii fəlakət olmayıb:
“Həqiqətən, böyük bir fəlakətdən, 11 vilayəti əhatə edən və doqquz saat fərqlə meydana gələn iki böyük zəlzələdən danışırıq. Dünya tarixinə nəzər saldıqda bu qədər böyük ölçüdə, bir anda təxminən 500 kilometrlik səth qırılması yaradan, sonra isə təqribən 120 min kvadratkilometr əraziyə təsir edən başqa bir təbii fəlakətə rast gəlinməyib”.
Tatar belə böyük zəlzələlərdən sonra ardıcıl təkanların çox uzun müddət davam edə biləcəyinə diqqət çəkib:
“Elə qırılma xətti var ki, hər an 5-5,5 bal gücündə zəlzələlər yarada bilər”.
Türkiyənin zəlzələ ölkəsi olduğuna diqqət çəkən Tatar bu təkanların nə ilk, nə də sonuncu olacağını bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?