Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında müzakirə iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin iclasında davam etdiriləcək. Belə bir sənədin imzalanması iclasın gündəliyinə daxil edilməyib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın bugünkü bəyanatına cavab olaraq bildirib.
Abdullayeva bildirmişdiki, İlham Əliyev və Nikol Paşinyan iyunun 1-də Kişinyovda sülh sazişi imzalaya bilərlər.
“Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, xüsusən də “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş üzrə müzakirələr davam edir. Əsas məsələlər həll olunandan sonra Ermənistan tərəfi sazişi imzalamağa hazır olacaq”, Ermənistan Xarici İşlər Nazirliyinin bildirib./turan.az/
Sorğu
Yeni dizaynımız necədir?