Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmasına və üstəlik, nüvə silahına ehtiyacı olmadıqlarını bildirib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun rəsmi ineternet səhifəsində məlumat yayılıb.
"Bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstana ittifaq dövlətinə daxil olmağı təklif etdi. Mən onun zarafatını yüksək qiymətləndirdim. Düşünürəm ki, buna ehtiyac yoxdur. Çünki başqa inteqrasiya birlikləri var, ilk növbədə Avrasiya İqtisadi İttifaqı mövcuddur. Nüvə silahlarına gəlincə, ona da ehtiyacımız yoxdur, çünki biz Nüvə silahının yayılmaması və Nüvə silahının sınaqlarının qadağa edilməsi haqqında sazişlərə qoşulmuşuq”.
Tokayev ölkəsinin bu beynəlxalq sənədlər üzrə öhdəliklərinə sadiq qaldığını vurğulayıb.
Onun sözlərinə görə, nəhəng Avrasiya regionunda əməkdaşlıq məhz iqtisadi istiqamətdə inkişaf etdirilməlidir.
Sorğu
Yeni dizaynımız necədir?