Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin koronavirus infeksiyası üzərində qələbə çaldığını deyib.
GundemXeber.Az bildirir ki, Lukaşenko dövlət mükafatlarının təqdimedilməsi zamanı çıxışında COVID-19 ilə mübarizənin başında duran həkimlərin işini xüsusilə qeyd edib.
Onun sözlərinə görə, Belarus siyasi məntiq və xalq müdrikliyi nümayiş etdirdi.
"Bu gün qalib gəldiyimizi deyə bilsək də, mübarizənin dərəcəsini azaltmırıq. СОVID-19 üzərində qəti qələbədən sonra biz mütləq bu gün vəzifəsinin başında olan həkimlərimizlə görüşəcəyik", - deyə Lukaşenko bildirib.
Xatırladaq ki, dünənə olan məlumata görə, Belarusda koronavirusa yoluxanların sayı 62 min 424 nəfərə çatıb. Onlardan 47 min 553-ü sağalaraq evə buraxılıb, 398-i həyatını itirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?