Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə SSRİ-nin keçmiş başçısı İosif Stalinə heykəl qoymaq istəyir.
Bu barədə o, “Exo Moskvı” radiostansiyasına müsahibəsində bildirib.
Lukaşenkonun sözlərinə görə, Stalin Ribbentrop-Molotov paktını imzaladığına görə heykələ layiqdir. Belə ki, bu müqavilə Belarusu hazırda mövcud olan sərhədlərdə bərpa etməyə imkan vermişdi: “Amma Tanrı İosif Vissarionoviçə rəhmət eləsin, Belarusu indiki sərhədlərdə bərpa etdi”.
Aleksandr Lukaşenko müsahibə vaxtı zarafat edərək, Rusiyaya onun ölkəsinin tərkibinə daxil olmağı da təklif edib: “Siz ümumi prezident seçkisi istəyirsiniz. Rusiya və Belarusun vahid dövlət planında qəbul edəcəyi çox sadə variant var, o da sizin ölkənin Belarusun tərkibinə daxil olmasıdır. Yalnız Belarusun Rusiyanın tərkibinə daxil olmasını söyləmək ədalətsizlik olardı”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?