Gundemxeber.az » Dünya » Rəsmi Kiyevdən Moskvaya PUA hücumlarına istehzalı reaksiya
Mayın 30-da Rusiyanın paytaxtı Moskva PUA hücumlarına məruz qalıb.
Gundemxeber.az xarici mediaya istibnadla xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin müşaviri Mixailo Podolyak bununla bağlı açıqlama verərək bildirib ki, Kiyevin Moskvaya hücumla birbaşa əlaqəsi yoxdur. O, həmçinin istehza ilə deyib:
“Bəlkə də, dronların hamısı Ukraynaya hücum etməyə hazır deyil və yaradıcılarının yanına qayıdırlar ki, soruşsunlar: “Niyə bizi mülki şəxslərə hücum etməyə göndərirsiniz?”
Həmçinin, o qeyd edib ki, “terrorçu dövlətin rəhbərliyi Ukraynada törədilən bütün cinayətlərin maksimum əvəzini mütləq ödəyəcək”.
Xatırladaq ki, Moskva ilk dəfə olaraq dronların kütləvi hücumuna məruz qalıb.
Gundemxeber.az
13-10-2020, 13:22
3-10-2020, 14:58
12-12-2013, 02:37
31-07-2018, 15:39
15-11-2017, 15:56
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?