Daha bir xəbər portalı haker hücumuna məruz qalıb. Belə ki, bir neçə saat öncə Azerinews.org saytı da haker hücumuna məruz qalıb və bunun nəticəsində sayt fəaliyyətində fasilə verməyə məcbur olub. Baş verənlərlə bağlı Savash.org-a açıqlama verən sözügedən saytın rəhbəri Fikrət Fərhadoğlu hazırda texniki personalın saytı bərpa etmək yönündə çalışdığını dilə gətirdi: “Kimlərsə saytımızı hədəfə alıb. Xatırladım ki, buna qədər də saytımıza müəyyən hücumlar olurdu, amma hər dəfə bu hücumları dəf edə bilirdik. Bu dəfə isə hücum daha professional şəkildə həyata keçirilib və saytımız dağıdılıb. Hazırda iş gedir və ən qısa zamanda fəaliyyətimizi bərpa etməyə çalışırıq”. Məlumat üçün bildirək ki, bu gün cumhuriyyet.az saytı da haker hücumu nəticəsində dağıdılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?