Gundemxeber.az » Dünya » Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Roma Papasının nümayəndəsi Matteo Cuppi böhranı həll etmək üçün bu gün Ukrayna paytaxtına səfər edəcək.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti xəbər yayıb.
“Bolonya arxiyepiskopu, kardinal Matteo Mariya Cuppi Roma Papası Fransiskin nümayəndəsi kimi iyunun 5-6-da Kiyevə səfər edəcək. Bu təşəbbüsün məqsədi ədalətli sülhə nail olmağın mümkün yolları barədə Ukrayna hakimiyyətini diqqətlə dinləmək və gərginliyin azaldılmasına töhfə verən humanitar səyləri dəstəkləməkdir”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, aprel ayında Roma Papası Vatikanın Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmağa çalışmaq üçün sülhməramlı missiyada iştirak etdiyini açıqlayıb.
Gundemxeber.az
12-02-2013, 10:38
28-02-2013, 11:18
28-02-2020, 13:24
11-07-2016, 23:26
15-12-2022, 21:25
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?