Gundemxeber.az » Dünya » Şahzadə Harri məhkəmədə ifadə verəcək
Şahzadə Harri 130 ildən sonra Britaniya kral ailəsinin məhkəmədə ifadə verən ilk üzvü olacaq.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, məhkəmə “Daily Mirror” nəşrinə qarşı proses çərçivəsində baş tutacaq. Şahzadə qəzetin qeyri-qanuni fəaliyyətinin qurbanı olduğunu iddia edir. Onun sözlərinə görə, qəzet qeyri-qanuni şəkildə onunla bağlı məlumat toplayıb, həmçinin onda ağır depressiya və paranoya hallarının yaranmasına səbəb olub.
Şahzadə, həmçinin iddia edir ki, onun həyatı ilə bağlı 1996-2010-cu illər arasında dərc edilmiş 140-a yaxın məqalədə qanunsuz yollarla əldə edilmiş məlumatlar var.
Harri Londonda Ali Məhkəmə qarşısında çıxış edəcək və tezliklə ifadə verəcək.
Təqsirləndirilən tərəf olan “Mirror Group Newspapers”in nümayəndəsi Endryu Qrin isə məhkəməyə bildirib ki, şahzadə haqqında məlumatların yer aldığı bir çox süjetlər kral ailəsinin üzvləri və ya onun adından çıxış edənlər tərəfindən açıqlanan məlumatlara əsaslanır.
Gundemxeber.az
20-11-2018, 12:07
29-10-2017, 22:43
19-05-2018, 11:27
29-07-2013, 00:25
6-01-2023, 14:42
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?