Gundemxeber.az » Dünya » İmran Xan ona qarşı cinayət işi açdıran vəkilin qətlində ittiham olunur
Pakistan polisi keçmiş baş nazir İmran Xanı siyasətçiyə qarşı cinayət işinin açılmasına nail olan vəkilin qətlində iştirakda şübhəli bilib.
Polis İmran Xana qarşı “qətlə şərik olmaq” maddəsi ilə iş açıb. Bildirilib ki, cinayət işi məhkəməyə gedərsə, keçmiş baş nazirə qarşı rəsmi ittihamlar irəli sürülə bilər.
Qeyd edək ki, öldürülən vəkil Abdur Razak İmran Xana qarşı təhrikedici fəaliyyət üzrə cinayət işi çərçivəsində məhkəməyə müraciət edib. Razak məhkəməyə gedərkən yolda motosikletdə olan silahlı şəxslər onu vuraraq öldürüblər.
Razakın oğlu, eyni zamanda vəkil olan Sirac Əhməd polisə bildirib ki, atası naməlum şəxslər tərəfindən “keçmiş baş nazirin tapşırığı” ilə öldürülüb.
Qeyd edək ki, hazırda İmran Xana qarşı 150-yə yaxın cinayət işi qaldırılıb.
Gundemxeber.az
1-08-2017, 19:54
20-11-2018, 10:38
7-06-2016, 23:28
20-12-2019, 11:07
12-05-2023, 19:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?