Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyalarına milisin müdaxiləsi nəticəsində xəsarət alanların sayı 340 nəfərə çatıb. Bura həm aksiyaçılar, həm də xəsarət alan milis əməkdaşları daxildir. Ukrayna mətbuatına istinadən xəbərə görə, artıq 190 nəfər aksiya iştirakçısı təcili tibbi yardıma müraciət edib.
150 milis əməkdaşı və “Berkud” xüsusi təyinatlılarının xəsarət aldığı bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?