Ukraynanın paytaxtı Kiyevin Mixaylovsk meydanında Avropaya inteqrasiya tərəfdarlarının aksiyası davam edir. Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, səhər saatlarında meydanda 1500-ə yaxın adam var. Aksiyada çıxış edən ictimai fəallar ölkə əhalisini bazar ertəsi tətil etməyə çağırırlar. Onlar bildirirlər ki, bazar ertəsi Kiyevdə ictimai nəqliyyat işləməyəcək.
Şənbə gününə keçən gecə aksiyanın dağıdıldığı Müstəqillik meydanında isə kommunal xidmətlərin əməkdaşları Yeni il yolkası qururlar.
17:25
Ukrayna hakimiyyətinin siyasətinə etiraz edən aktivistlər Kiyevdə Prezident Administrasiyasının binasına hücum edirlər.
Trend Ukrayna KİV-ə istinadən məlumat verir ki, "Berkut" xüsusi təyinatlıları avtobuslardan təşkil edilən mühasirəni buldozerlə dağıtmağa çalışır, etirazçılara qarşı tüstü qumbaralarından istifadə edirlər.
Qeyd edək ki, Ukrayna hökuməti noyabrın 22-də rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar verdikdən sonra paytaxtda etiraz aksiyalarına başlanılıb.
19:57 Ukrayna mediasının xəbərinə görə, Prezident Administrasiyasının qarşısında qarşıdurma davam edir.
Maskalı şəxslər traktorun köməyi ilə binaya girməyə çalışıb. Mitinqçilər polisə kərpic parçaları atıb. Xüsusi təyinatlılar gözyaşardıcı qazdan və səs bombasından istifadə edib. Yaralılar var.
Kiyevdən başqa Odessa, Simferepol və Dneprpetrovsk şəhərlərində də etirazlar davam edir.
***
Ukrayna müxalifətinin paytaxtın mərkəzi küçələrində mitinqi davam edir. APA-nın Kiyevə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, hazırda avrointeqrasiya tərəfdarları paytaxtın əsas prospekti olan “Kreşatik”i və Müstəqillik Meydanını tutublar.
Səhər saatlarından Taras Şevçenko adına parkdan yürüşə başlayan avrointeqrasiya tərəfdarları “Maydan”a yürüş ediblər. Onlar polis barrikadasını yararaq “Maydan”a daxil olublar.
Az sonra Maydanda müxalifət liderləri Vitali Kliçko, Arseni Yasenyuk, Oleq Tyaqnibok və Yuri Lutsenko aksiyada nitq söyləyiblər. “Svaboda” partiyasının lideri Oleq Tyaqnibok çıxışı zamanı tətillərə başladıqlarını bildirib: “Bu dəqiqədən başlayaraq biz burda, Müstəqillik Meydanında qalacağıq”. O, aksiya iştirakçılarını Maydanda çadırlar qurmağa da səsləyib.
Keçmiş daxili işlər naziri, “Üçüncü Ukrayna Respublikası” hərəkatının lideri Yuri Lutsenko isə çıxışında kütləvi aksiyaların yenə inqilaba doğru getdiyini bildirib. Keçmiş daxili işlər naziri mitinq iştirakçılarını sabah axşam Maydanda, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının qarşısında toplaşmağa çağırıb: “Ayın 30-da baş verənlərə görə, daxili işlər naziri məhkəməyə verilməlidir”. Avrointeqrasiya tərəfdarlarının yürüşünə Avropa Parlamentinin vitse-prezidenti Yasek Protasoviç, Avropa Parlamentinin keçmiş prezidenti Yeji Buzek, Polşanın “Qanun və Ədalət” Partiyasının lideri, sabiq baş nazir Yaroslav Kaçinski də qatılıblar.
Hazırda Ukrayna Prezident Administrasiyasının önündə avrointeqrasiya tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Bir qrup üzü maskalı gənclər fayerlər yandıraraq polisə dəmir pullar və daş atırlar. Polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Məlumata görə, toqquşmalarda aksiyalaçılardan bə polis qüvvələrindən xeyli sayda yaralı var.My Webpage
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?