NATO tarixinin ən böyük hərbi-hava təlimi olan Air Defender 23-də başlayıb və iyunun 23-dək davam edəcək. Təlimlərdə 20-dən çox ölkə və 250-yə yaxın təyyarə, o cümlədən ABŞ və Niderland istehsalı olan F-35-lər, eləcə də 10 min hərbçi iştirak edir.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, Niderlandda və Çexiyada bir yerdə keçirilir. Air Defender 23 əsasən Almaniyanın şimalında, şərqində və cənubunda üç hava məkanında yer alacaq. Bu məkan mülki uçuşlar üçün qismən bağlanacaq. Almaniyanın Lufthansa aviaşirkəti buna hazırlaşdığını bildirib.
Lüftvaffe generalı İnqo Gerharts AFP-yə bildirib ki, təlim müəyyən mənada 2014-cü ildə Krımın Rusiyaya ilhaqına cavab olaraq 2018-ci ildə planlaşdırılıb. Eyni zamanda, onun sözlərinə görə, təlimlər "heç kimə qarşı yönəlməyib", təlimlər zamanı "heç bir uçuş, məsələn, Kalininqrad istiqamətində" olmayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?