Gundemxeber.az » Dünya » Pakistanda 100 minə yaxın adam təxliyə olunacaq
Pakistan hakimiyyəti Biparjoy siklonunun yaxınlaşması ilə əlaqədar Sind əyalətinin sahilyanı rayonlarından 100 minə yaxın insanı təxliyə etmək niyyətindədir.
Təxliyə işlərinin cümə axşamı səhər saatlarında başa çatdırılması planlaşdırılır. Gözlənilir ki, Biparjoy tezliklə əyalətin sahilyanı rayonlarına, o cümlədən inzibati mərkəzi - Karaçi şəhərinə də zərbə vuracaq.
Pakistan Meteorologiya Xidməti çərşənbə axşamı bildirib ki, Biparjoy iyunun 14-dən 16-na kimi Pakistan sahilləri ilə keçəcək və siklon qasırğasının böyük hissəsi Qucarat əyalətinin Katç rayonunu tutacaq.
Gundemxeber.az
23-05-2020, 12:36
7-04-2016, 14:31
20-10-2016, 01:35
28-03-2016, 14:31
24-04-2020, 11:53
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?