Gundemxeber.az » Dünya » Qətər və BƏƏ 6 ildən sonra diplomatik missiyalarının işini bərpa edir
Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatik nümayəndəlikləri bu gündən, iyunun 19-dan etibarən Dubayla birlikdə yenidən Doha və Əbu-Dabidə fəaliyyət göstərəcək. Bu münasibətlə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyana zəng edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş press-relizdə deyilir. Dərc edilən press-relizdə bəyan edilir ki, onlar həm "diplomatik münasibətlərin bərpasını alqışlayıblar”, həm də "iki ölkə arasında qardaşlıq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın yaxşılaşdırılması imkanlarını müzakirə ediblər”. BƏƏ Qətərlə diplomatik əlaqələri 2017-ci ilin iyununda kəsib. Əmirliklər körfəz ölkələri ilə birlikdə Qətər hakimiyyətini terrorizmi dəstəkləməkdə ittiham edib. 2021-ci ilin yanvarında Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir Qətərlə diplomatik münasibətləri bərpa etmək, nəqliyyat blokadasını və fikir ayrılıqlarını aradan qaldırmaq üçün saziş imzalayıb. 2023-cü ilin aprelində Qətər və Bəhreyn diplomatik münasibətləri bərpa edib.
Gundemxeber.az
5-06-2017, 16:08
6-06-2017, 14:39
1-12-2016, 19:34
20-07-2017, 15:19
18-01-2016, 15:06
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?