Böyük Britaniya hökuməti Moskva Ukraynaya təzminat ödəməyənə qədər Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağına dair qanun hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.
"Biz sanksiyalara yanaşmamızı gücləndiririk və təsdiq edirik ki, Böyük Britaniya əsassız olaraq hücum etdiyi ölkənin Rusiya hesabına bərpasına zəmanət vermək üçün sanksiyalardan istifadə etməyə hazırdır”, deyə Kleverli bildirib
Bundan əlavə, yeni qanun Britaniya sanksiyaları altında olan şəxslərə Ukraynanın bərpasına kömək etmək üçün dondurulmuş aktivlərini bağışlamağa imkan verəcək. Sənəd həmçinin sanksiyaya məruz qalan şəxslər və şirkətləri Böyük Britaniyadakı aktivləri haqqında məlumatı açıqlamağa məcbur edir.
Mayın 26-da "The Guardian” yazıb ki, Britaniya İcmalar Palatası hökumətdən Rusiyanın aktivlərindən istifadə planı hazırlamağı tələb edib. "The Guardian"ın məlumatına görə, 2022-ci ildə Rusiya Federasiyasının Böyük Britaniyada dondurulmuş dövlət aktivləri 26 milyard funt-sterlinq həcmində qiymətləndirilib.
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynada itki və dağıntıların qeydə alınması üçün Böyük Britaniya da daxil olmaqla Avropa Şurasının 46 üzvü "zərər reyestrini” aparacaq
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?