Gundemxeber.az » Dünya » Fransada polis tərəfindən öldürülən yeniyetmənin dəfn mərasimi başladı
İyunun 27-də Fransanın Nanter şəhərində polisin açdığı atəş nəticəsində ölən 17 yaşlı yeniyetmənin dəfn mərasimi başlayıb.
Dəfnə çox sayda insan qatılıb. Nanterin çox sayda sakini öldürülən yeniyetmə ilə vidalaşmaq üçün mərasimə qatılıb, deyə bununla bağlı məlumatda bildirilib.
Bütün jurnalistlərdən dəfn mərasiminin keçirildiyi ərazini tərk etmələri xahiş olunub. Mərhumun yaxınları mərasimin kameralardan uzaq keçirilməsini istəyib.
Qeyd edək ki, yeniyetmə ilə vidalaşma və dəfn mərasimi müsəlman adət-ənənələrinə uyğun şəkildə aparılacaq.
Xatırladaq ki, yeniyetmənin hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən qətlə yetirilməsi Nanterdə iğtişaşlara səbəb olub, sonradan Dijon, Lion, Marsel, Strasburq və Tuluza kimi digər böyük kommuna və şəhərlərə də yayılıb.
İnsanlar avtomobilləri, komissarlıqları, polis və inzibati orqanların binalarını yandırır, təhsil qurumlarına ziyan vururlar.
Şəhərlərdə xüsusi təyinatlılar yerləşdirilib, bəzi yerlərdə isə zirehli texnika və helikopterlərdən istifadəyə ehtiyac yaranır.
17 yaşlı yeniyetməni qətlə yetirən polis isə saxlanılaraq nəzarətə götürülüb. O, güllələdiyi gəncin ailəsindən üzr istəyib.
Gundemxeber.az
10-06-2016, 00:48
2-07-2019, 11:01
30-01-2020, 11:25
3-01-2015, 22:26
11-04-2016, 16:26
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?