GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyada yeni siyasi formatlanma yaratmış "yumşaq qiyam" və Azərbaycan üçün artan təhdidlər. -ANALİZ

Rusiyada yeni siyasi formatlanma yaratmış "yumşaq qiyam" və Azərbaycan üçün artan təhdidlər. -ANALİZ

Tarix: 3-07-2023, 14:34 Bölmə :Dünya Baxış: 147

“Vaqner qiyamının” birinci mərhələsi başa çatdı və bu mərhələdə qiyamçılar qarşılarına qoyduqları əksər məqsədlərə nail oldular: Putinin hakimiyyət ierarxiyası ciddi şəkildə laxladıldı, ölkədə yeni siyasi situasiya yarandı, dünənə qədər müdhiş görünən güc strukturlarının zəifliyi və acizliyi bütün çılpaqlığı ilə üzə çıxdı, ən başlıcası isə iddialara rəğmən putinizmin sosial dayaqlarının olmadığı əyani şəkildə nümayiş etdirildi.


Tanınmış politoloq Ərəstun Oruclu FB səhifəsində Şimal qonşumuzdakı “Vaqner qiyamın”dan, yaranmış son siyasi atmosferdən və Azərbaycana gözlənilən təsirlərdən yazıb:  

Amma “yumşaq qiyamın” əsas hədəfi hələ də aktual qalmaqdadır. Nəzərə alsaq ki, qiyamın arxasında hakim zümrədən olan və əsasını ordu generaliteti təşkil edən geniş bir çevrə dayanırdı deməli, silahlı qüvvələrin ölkənin siyasətinə təsirinin artması vəzifəsinə tam nail olmaq cəhdləri də hələ davam edəcək.

Çünki görünən budur ki, qiyam nəticəsində «ingilis kraliçasına» və ya «rus toy generalına» çevrilən Putinin səlahiyyətlərini elə onun özünün də mənsub olduğu FSB-oliqarxiya komandası üzərinə götürdü. Burda daha çox RF Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşevə eyhamlar olsa da, əslində isə daha çox kollegial idarəçiliyin bərpa edildiyi daha inandırıcı görünür.

Amma hətta belə bir vəziyyətdə də fərdlərin rolu istisna olunmur ki, elə həmin fərdin (pərdəarxası liderin) məhz TŞ katibi olması haqda iddialar daha həqiqətəuyğun görünür. Amma yuxarıda qeyd olunduğu kimi yaranmış yeni siyasi vəziyyət heç də ordu generalitetinin iddialarının həyata keçməsi anlamına gəlmir.

Halbuki, ordunun siyasətə təsirinin artması da göz önündədir və bu, özünü Ukraynaya qarşı aparılan işğalçı savaşa rəhbərliyin RF SQ Baş Qərargah rəisi Valeriy Gerasimova keçməsindən göstərməyə başlamışdı. Bu gün isə deyilənə əyani sübut kimi Kremlin bütün cəhdlərə rəğmən general Sergey Surovikini qiyamda iştiraka görə məsuliyyətə cəlb edə bilməməsidir.

Digər tərəfdən isə əsərin baş qəhrəmanı olan “Vaqner” haqda verilən qərarların hər gün 180 dərəcə dəyişməsi çəkişmələrdə mövqelərin təxminən bərabər olduğunu göstərir. Beləliklə, indi Rusiyada hakimiyyət uğrunda mübarizənin həlledici mərhələyə keçdiyini deməyə bütün əsaslar var.

Həmin mübarizədə Putin yalnız dekorativ prezident rolunu oynayır. Onun Kadırovdan dəstək almaq cəhdinin də qarşısı qətiyyətlə kəsildi. Putinin Dağıstan səfərinin ardınca rus "publiklərində" çeçen Tik-Tok komandanının ölümcül xəstə olduğu və hətta danışa bilmədiyi "xəbəri" ildirim sürətilə yayıldı.

Amma Kreml uğrunda mübarizə aparan tərəflərin yaranmış kövrək sabitliyi qorumaq naminə nümayiş etdirdiyi ehtiyatlı davranış həmin mərhələnin aylarla uzanmasına səbəb ola bilər. Belə sabitlik eyni zamanda həm Kremlin yeni sahiblərinə, həm də Rusiya hakimiyyətinin hərbi qanadına öz mövqelərini möhkəmləndirmək üçün də lazımdır.

Bu mənada təsadüfi deyil ki, TŞ başçısı elə “yumşaq qiyamin” ilk saatlarından həmin prosesə start verdi. Qiyamın dayandırılmasında xilaskar rolunu oynayan Belarusun xalq artisti Aleksandr Lukaşenkonun qəhrəman obrazının yaradılması və eyni zamanda da onun Putin tərəfindən real hakimiyyətdən kənarlaşdırılmış Nazarbayevlə telefon danışığı “hazır reseptlərin” olduğunu üzə çıxardı.

Belə “hazır reseptlər” isə MDB ölkələrinin demək olar ki, hamısında mövcuddur.

Məsələn, Azərbaycanda Patruşev komandasının emissarı Ramiz Mehdiyev və onun hələ də ciddi resurslara malik olan dəstəsidir və bu da şübhəsiz ki, özünü ən yaxın zamanlarda göstərəcək. Bu isə o deməkdir ki, ölkə yenidən neqativ seçimlə (pislə daha pis arasında seçim etmək) üzləşə bilər.

Burda da ən acınacaqlı olan təkcə neqativ seçimin özü deyil, həm də kimin pis, kimin isə daha pis olduğunu müəyyən etməkdir. Əslində heç mümkün də deyil və həmin seçimə ehtiyac da yoxdur. Baş verə biləcəyi istisna edilməyən (şərti olaraq) Əliyev-Mehdiyev qarşıdurmasında Azərbaycan xalqı özünün seçimini etməlidir.

Hakimiyyətini qorumaq isə İlham Əliyevin öz qayğısı və öz problemidir. Halbuki, bu gün vəziyyət fərqli də ola bilərdi, amma olmadı. Mehdiyev dəstəsinin xeyli üzvünün hakimiyyətdən kənarlaşdırılmasının islahat olması ilğımı elə hakimiyyətin özünün fəaliyyəti sayəsində qısa zamanda yox oldu.

Vəzifələrə gətirilən “yeni nəsil” hakimiyyət rəsmiləri və məmurlar təkcə yarıtmaz fəaliyyətilə deyil, həm də xalqa aşağılayıcı münasibətilə Mehdiyev komandasının soyğunçularının atasına rəhmət oxutdurmaq kimi çətin bir işin öhdəsindən layiqincə gələ bildilər. İlham Əliyevin özü isə 44 günlük müharibənin nəticəsinin ona verdiyi dividendlərdən yararlana bilmədi.

Müharibə İlham Əliyevə təkcə ciddi islahatlar aparmaq üçün kart-blanş deyil, həm də böyük etimad krediti versə də o, bundan nəinki səmərəli istifadə etmədi əksinə, bütün addımları ilə həmin etimadı sanki məqsədli şəkildə darmadağın etdi.

Şəhidlərə hörmətsizlikdən tutmuş kütləvi qazi intiharlarınadək, orduya divan tutmuş cinayətkarların mükafatlandırılmasından tutmuş on minlərlə insana sosial yardımları kəsən əzazil nazirin düşmənçi əməllərinədək, icra başçılarının azğınlığından tutmuş polisin vəhşiliklərinədək, qanunların ayaqlar altına atılmasından tutmuş vətəndaşların kütləvi şəkildə şərlənərək tutulmasınadək baş verən hər şey İlham Əliyevin post-müharibə siyasətinin ana xəttinə çevrildi.

Bütün bunlardan sonra Azərbaycan xalqının başlamaqda olan hakimiyyət uğrunda savaşda tərəflərindən birini dəstəkləyəcəyi haqda iddialar ancaq xəstə təxəyyülün məhsulu ola bilər. Həm də ona görə ki, həmin mübarizənin Azərbaycan xalqına nə heç bir aidiyyatı yoxdur, nə də faydası olmayacaq.

Amma uzun müddət mövcudluğu yada düşməyən, addımbaşı aşağılanan, səbəb oldu-olmadı əzilən xalq kritik dönəmlərdə hadisələrin əsas iştirakçısına çevrilir və elə onda da yada düşür. Belə hallarda isə zaman qıtlığı səbəbindən ona (xalqa) doğru addımlar atmaqdansa onu təhdid etmək daha cəlbedici və daha effektiv görünür.

Məsələn, Ermənistanla yeni müharibə və ya Qarabağda anterror əməliyyatı haqqında qorxunc nağıllarla, ya da elə İran, Rusiya təhlükəsilə və s. Amma artıq bunların da təsiri altına düşənlər çox deyil.

Çünki indi xalqı hər şeydən çox gündəlik qayğıları, öz fiziki mövcudluğunu qoruya bilmək və ilk növbədə də dövlətin dəstəyindən hərtərəfli məhrum edilmiş övladlarına çörəkpulu əldə edə bilmək düşündürür. Üstəlik də necə deyərlər, “əgər yalançının evi artıq dəfələrlə yanıbsa”...

(davamı var)


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur

    Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur ...

    16-07-2016, 03:27

  • 
  • "Qiyamın yatırdılması əmrinə hazır idim" - İsgəndər Həmidov

    "Qiyamın yatırdılması əmrinə hazır ...

    6-06-2018, 23:22

  • 
  • Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür

    Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür ...

    15-06-2018, 15:59

  • 
  • Ərəstun Oruclu “a-13”ə daxil olan fəallarin adlarini açiqladi

    Ərəstun Oruclu “a-13”ə daxil olan fəallarin ...

    19-02-2013, 11:19

  • 
  • “Nemət Pənahlını çoxdan dəfn etmişəm”

    “Nemət Pənahlını çoxdan dəfn etmişəm” ...

    28-04-2017, 10:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu