Gundemxeber.az » Dünya » Rusiyada 82 yaşlı təqaüdçü polisin qətlini sifariş edib
Rusiyanın Krasnodar üzrə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, cinayət axtarışı şöbəsinin əməliyyatçısının qətlini 82 yaşlı yerli sakin sifariş edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təqaüdçü killer tutaraq ona bir milyon rubl ödəyəcəyini vəd edib. Silah kimi ov tüfəngi seçilib.
Polis bu planlardan xəbər tutub. “Qatil” saxta şəkilləri sifarişçiyə təqdim edərək ondan pulun bir qismini alıb. Bundan sonra təqaüdçü saxlanılıb.
Şübhəlinin mənzilindən odlu və soyuq silahlar, həmçinin 1,8 milyon rubldan çox pul tapılıb.
Hazırda bütün materiallar istintaq orqanlarına verilib.
Gundemxeber.az
16-08-2016, 13:59
11-02-2016, 20:04
24-03-2020, 19:34
5-07-2017, 12:57
12-01-2016, 20:39
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?